Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

FuelCulture-dən Hyundai Genesis Coupe Turbo

Əgər siz yalnız muskul-karların tüninq-şouda eksponat ola bildiklərini düşünürsüzsə yanılırsız. Şouda “Hyundai Genesis Coupe” kimi cəlbedici tüninq paket alan avtmobilləri də görmək olar. Sizə “FuelCulture” işçilərinin əməyini qiymətləndirməyi təklif edirik.

“Genesis Coupe”-nin banı parlaq tünd qırmızı rəngə boyanıb. Avtomobil aqresiv aerodinamik asma əldə edib. Onun tərkibinə yeni qabaq bamper, karbon kapot, arxa qanadlar və bamper daxildir. Həmçinin yeni 19-düymlük yüngül lehimli “Rotiform IND” təkər diskləri hazırlanıb.

İnteryerin dizaynında dəyişikliklər minimuma endirilib. Onlara ön və arxa oturacaqların və qapı panellərinin yeni üzü daxildir. Həmçinin bazarda ən heyranedici səslərdən birini təklif edən “Rockford Fosgate” audiosistemi quraşdırılıb.

“Genesis Coupe Turbo”-nun kapotunun altında 315 a.g. və 324 Nm fırlanma anı verən 2,0 litrlik dördsilindrli mühərrik yerləşir. Müqayisə üçün qeyd edək ki, baza konfiqurasiyasında güc 274 a.g. təşkil edir.

Bu artımı əldə etmək üçün mühəndislər yeni yükləmə kontrolleri və yeni “ARK DT-S” qazçıxma sistemi quraşdırmış və EİB-i yenidən proqramlaşdırıblar.

AUTO.AZ



Şərhlər


AD