Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Subaru yeni nəsil Forester-in sirrini açdı

Subaru” şirkəti yeni nəsil krossover “Subaru Forester”-in ilk rəsmi şəkillərini dərc etdi: o məhz bu vəziyyətdə Yaponiya və Şimali Amerikada meydana gələcək. Yenilik Los-Ancelesdəki avtosalonda debüt edəcək, lakin Yaponiyada satış noyabrın ortalarında başlayacaq.

Bu məşhur krossover nəslində sayca dördüncüdür və “Forester”in ölçüləri yenə də böyüdü. Düzdür, elə də nəzərə çarpan dərəcədə deyil: 35mm uzunluqda (4595mm-dək), 15mm hündürlükdə (1795mm-dək) və 20mm endə (1696mm-dək).

Təkər bazası da 25mm böyüdü. Bununla belə çətin ki, bu böyümə salon sahəsinə təsir edə, lakin “Subaru”-da arxada oturacaq sərnişinlərin ayaqları üçün yerin və yük yerinin böyüdüyünü bəyan edirlər.

Yaponiyada yeniliyi həm 150 a.g.-lü, 2,0 litrlik həcmli mühərriklə və 6-pilləli “MKPP” ilə, həm də yalnız pilləsiz sürət qutusu ilə gücləndiriləcək 280 a.g.-lü turbo-“Bokser”-lə təklif edəcəklər.

Şimali Amerikaya gəldikdə isə oradakı alıcılara əlavə olaraq həm 2,5 litrlik 170 a.g. verən atmosfer mühərrik, həm də yenin turbolaşdırılmış 2,0 litrlik 250 a.g. verən mühərrik təklif olunacaq.

Sonuncu mühərrikə əlavə olaraq yaponlar 18-düymlük təkər diskləri təklif etməyə hazırlaşırlar. ABŞ-da satışın başlanma vaxtı “Forester”-in noyabrın 30-da keçirilməsi planlaşdırılan Los-Anceles premyerası zamanı elan olunacaq. Yeniliyin Avropada meydana gələcəyi vaxt barədə məlumatın da olacağı istisna edilmir.

AUTO.AZ



teqlər:
Subaru, Subaru Forester 02.11.2012

Şərhlər


AD