Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Subaru WRX və WRX STI Special Edition təqdim etdi

Subaru” şirkəti Amerikanın SEMA 2012 sərgisinə “doldurulmuş” sedan “Subaru WRX” üçün bir cüt eksklüziv modifikasiya gətirdi. Xüsusi buraxılış olan “Special Edition”-a 200 ədəd “Subaru WRX” və 100 ədəd bir daha güclü “WRX STI” düşdü.

Çox güman ki, sportkarlar gələn ilin yazından başlayaraq Amerika bazarlarında satılacaq. Yaponiyanın idman sedanları “Tangerine Orange” narıncı rəngə, onların əksinə olaraq arxa görünüş üçün yan güzgülərin korpusları, pəncərələrin çərçivələri və çoxmillli 17-düymlük disklər isə qara rəngə boyanmışlar.

Bundan əlavə avtomobillər modifikasiyanın adı (WRX və ya WRX STI) yazılan qara yan xətlər də alırlar. “Subaru WRX” və “WRX STI Special Edition”-ın salonları qara parça ilə, sırınmış narıncı sapla işlənmiş, ikirəngli döşəmə xalıları ilə bəzədilmişdir.

“WRX” və ya “WRX STI” simvollu naxışları idman oturacaqlarının söykənəcəklərində və xalılarda görmək olar. Hər iki variant 2,5 litrlik dörd silindirli turbolaşdırılmış mühərriklə təchiz edilmişdir.

Bu “Subaru WRX Special Edition”-da 265 a.g., “WRX STI Special Edition”-da isə 305 a.g. verir.

AUTO.AZ



teqlər:
Subaru, Subaru Impreza, SEMA 2012 01.11.2012

Şərhlər


AD