Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Chevrolet SEMA-da Camaro “Hot Wheels” göstərəcək

Məşhur istehsalçı “Chevrolet” açılışı sabah keçiriləcək “SEMA 2012” tüninq-şousunda əfsanəvi masl-kar “Camaro”-nun son variantını təqdim etməyi planlaşdırır. Faktiki olaraq, yeni variant ikiqapılı avtonun orijinaldan çox az fərqlənən xüsusi buraxılışıdır.

Nadir xüsusi variant “Chevrolet”-in “Hot Wheels Edition” adlanan ənənəvi seriyasına aiddir. O məhdud tirajla buraxılacaq. Bu seriyaya daxil olan avtonun qiyməti isə standart “Camaro”-dan baha olacaq.

“Chevrolet Camaro 2013 Hot Wheels Edition”-ı həm açıq üstlə olan variantla, həm də adi qatlanmayan damlı kupe kimi əldə etmək mümkün olacaq. Eyni zamanda, alıcı iki güc qurğusundan birini seçə biləcək: altısilindrli “2LT” və səkkizsilindrli “SS”. Yoldan keçənlərin unikal “Camaro Hot Wheels”-i adi modeldən ayıra bilmələri üçün avtomobil bir sıra vizual fərqlərə malik olacaq.

İlk növbədə bu banın əsas rəngi olan eksklüziv “Kinetic Blue” rəng çaları ilə təqdim olunur və çoxlu sayda qara elementlər əlavə olunmuşdur. Onların arasında “Camaro ZL1” modelindən bura keçən qabaq bamperin splitteri, tünd yan ətəklər, arxa bamperin diffuzoru, kiçik üslubi spoyler, radiator barmaqlığı, həmçinin öz görünüşü ilə kapotu, damı və yükyerinin qapağını bəzəyən enli qara zolaq var.

Eksteryerin üslublaşdırılmasını 19-düymlük unikal təkər diskləri dəsti, profil hissəsi qara rəngə boyanmış, üz hissəsi isə cilalanmış metal kimi parlayan millər tamamlayır. Onların haşıyəsini kontrast qırmızı xətt bəzəyir. Qabaq qanaqlarda, radiator barmaqlığında, və yük yerinin damındakı “Hot Wheels” xüsusi buraxılışını ifadə edən isimliklər axırıncı ştrixlərdir.

Xüsusi “Camaro”-nun sahibinin unikal avtomobildə hərəkət etdiyini hiss etdirmək üçün kupenin interyerini bahalı materialdan işləyib, onu “MyLink” adlanan təşkilati “Chevrolet” əyləncəli – informasya sistemi ilə təchiz ediblər. Bahalı material dedikdə mərkəzi paneldə, oturacaqlarda və qapılarda olan təbii qara dəri nəzərdə tutulur.

Bundan əlavə, başaltılarda, qımızı  haşıyəli xalılarda və qoltuqaltılarda xüsusi seriyanın loqotipləri səpələnib. Unikal “Chevrolet Camaro 2013 Hot Wheels Edition”-ın qiyməti və həmçinin onun satışa buraxılmaq müddəti Las-Veqasda elan olunacaq.

AUTO.AZ



teqlər:
Chevrolet, Chevrolet Camaro, SEMA 2012 31.10.2012

Şərhlər


AD