Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Koreyada yenilənmiş sedan KIA Cadenza-nı təqdim etdilər

2009-cu ilin oktyabrında “KIA” şirkəti daxili bazarda “K7” adı ilə satılan yeni sedan “Cadenza”-nı təqdim etdi. İndi, 3 il sonra avtomobil planlaşdırılmış  restaylinqə məruz qaldı – sedanın yenilənmiş variantını 2012-ci il oktyabrın 29-da Cənubi Koreyada göstərdilər.

Xaricdən avtomobil flaqman model olan “KIA Quoris/K9”-a daha çox oxşadı – dəyişikliyə bamperlər, kapotun qapağı, qabaq və arxa işıq texnikası məruz qaldı, qabaq qanadlarda isə iki səliqəli hava çıxışı peyda oldu.

“Hyundai Azera” bazasında qurulmuş qabaq ötürücülü sedan Kadenza yerli bazarda cari ilin sonunda, digər ölkələrdə isə 2013-cü ilin birinci yarısında satışa çıxarılacaq.

Texnikaya gəldikdə isə yenilənmiş “KIA Cadenza 2013” əvvəlki mühərriklərlə qaldı – Koreyada sedana 3 variantda benzin mühərriki quraşdırırlar – baza olaraq 2,4 litrlik, 4 silindirli və 201 a.g. verən mühərrik, orta variantda 3,0 litrlik, 270 a.g. verən “altılıq”, qammanın ən yüksək nöqtəsində isə 3,3 litrlik 294 a.g. verən V6 dayanır.

Qiymətlər barədə hələlik məlumat yoxdur.

AUTO.AZ



teqlər:
KIA, Kia Cadenza 31.10.2012

Şərhlər


AD