Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

SR Auto Audi A7-ni PUR Wheels diskləri ilə təmin etdi

Kanadanın tüninq atelyesi “SR Automotive Group” disk istehsalçısı “PUR Wheels” ilə sıx əməkdaşlıq edərək həyata keçirdiyi son layihəsinin şəkillərini dərc etdi.

Bu layihədə onlar 4-qapılı kupe “Audi A7”-ə yeni təkərlər qoyduqdan sonra o öz gözəl və eyni zamanda aqqressiv eksteryeri ilə daha da heyranedici olub.

Artıq adətə görə Vankuverdən olan mütəxəssislər minimum dəyişikliklə kifayətlənərək “A7-nin” görünüşünü ilkin standart üslubda saxladılar. “PUR Wheels” şirkətindən olan çoxmilli nadir disklər çox çətin formaya malikdir və monoblok “PUR 7EVEN” seriyasına aiddirlər.

Onlar hamarlanmış üstü olan qara haşiyələrə və daxili hissədə millərə malikdirlər. 20 düymə bərabər ölçüsü olan disklər asanlıqla alman sportkarının dizaynına uyğunlaşırlar və əsas parlaq-qara rəngli banla radiator barmaqlığı, duman əleyhinə olan faraların çərçivələri, şüşələrin moldinqi və qazçıxma boruları kimi parlaq xromlaşdırılmış elementlər arasında müvəffəqiyyətli balans yaradır.

“SR Auto”-dan olan “Audi A7”-nin kapotunun altında maksimal 310 a.g. və 440 Nm fırlanma anı verən güclü 3,0 litrlik turbolaşdırılmış V6 mühərriki dayanır.

AUTO.AZ



teqlər:
Audi, Audi A7, PUR Wheels, SR Auto 27.10.2012

Şərhlər


AD