Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Toyota Camry-ni NASCAR üslubunda “yığdılar”

Las-Veqasda “SEMA Show” tüninq sərgisində “Toyota” konserni sedan “Toyota Camry”-nin “NASCAR” yarış seriyasında iştirak edəcəyi təqdirdə necə görünəcəyini nümayiş etdirəcək. Sedanın qurulmasında yaponlara Şimali Karolinadan olan tünerlər və seriyanın cari pilotu Kayl Buş kömək edirdilər.

Kayl Buş özünün düşündüyü “Rowdy Edition” layihəsini “Detroit Speed&Engineering” studiyasında həyata keçirib. Yeri gəlmişkən “Rowdy” sözünü rus dilinə təqribən “хулиган” və ya “скандалист” tərcümə etmək olar.

Belə ki, Kayl “NASCAR”-ın dalaşqan estetikasını ümumi istifadə yollarına çıxarmaq istədiyini bildirib. Sedanın potensial dalaqanlığına görə özünə təkcə bamperlər və splitterlər deyil, həmçinin ventilyasiya dəlikləri olan kapot, yeni buraxılış boruları olan diffuzor və görkəmli spoyler daxil edən inkişaf etmiş aerodinamik asma cavab verir.

Bundan əlavə, “Camry”-ni yeni 18-düymlük “BF Goodrich G-Force Sport Comp 2” rezinli təkər diskləri və parlaq-qırmızı əyləc tutacağı ilə təmin ediblər.
İnteryedə dəyişiklik çox azdır: bu yeni multimediya sistemi, modernləşdirilmiş işıq və “Lexus IS-F”-dən alınmış idman qabaq oturacaqlarıdır.

“Toyota”-da əminliklə bildirirlər ki, layihə “Racing Dream Build Challenge” tüninq-kontestinin bir hissəsi olacaq. Burada “Toyota”-nın seriya modellərinin əsasında daha üç layihə iştirak edəcək. Qalibi markanın pərəstişkarları seçəcək, mükafat 50 000 dollarlıq çek olacaq.

AUTO.AZ



teqlər:
Toyota, Toyota Camry, NASCAR, SEMA 2012 26.10.2012

Şərhlər


AD