Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yol polisi xarici avtomobillərin texniki baxışdan keçmə müddətini artırdı

Azərbaycanın DİN-nin yol polisi Qurban bayramı günlərində də xaricdə istehsal olunan avtomobillərin texniki baxışını keçirəcək.

DİN-nin yol polisinin baş idarəsinin ictimai əlaqələr şöbəsinin müdiri polkovnik-leytenant Kamran Əliyevin 1news.az-a verdiyi məlumata görə, belə avtomobillərin texniki baxışı oktyabrın 31-də başa çatır. Oktyabrın sonuncu günləri isə bayrama düşür. Buna görə də yol polisi avtomobillərin texniki baxışını bayram günləri keçirməyi qərara alıb.

K.Əliyev – “Bu, texniki baxışın mərkəzi olan Maştağa qəsəbəsində böyük növbələrin qarşısını almaq üçün edilir. Bununla belə, qeyd etməliyəm ki, xaricdə istehsal olunan (MDB ölkələrindən başqa) minik avtomobillərinin çoxu texniki baxışdan keçməyi son günlərə saxlayır. Bu müəyyən çətinlilər yaradır.” – dedi.



teqlər:
YPX 23.10.2012

Şərhlər


AD