Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

İlk seriyalı Nissan Juke-R konveyerdən çıxdı

Nissan” şirkəti ekstremal krossover “Juke-R”-in ilk seriya nümunəsinin konveyerdən çıxmasını elan etdi. Superkar “Nissan GT-R”-dən götürülmüş mühərrik sayəsində krossover 550 a.g.-nə malikdir və 100 km/saat sürəti 3 saniyəyə yığır.

Maraqlıdır ki, seriyalı “Juke-R” hətta 485-güclü prototiplərdən də güclü oldu. Məsələ burasındadır ki, bu krossoverdə yenilənmiş “GT-R”-in 3,8 litrlə 550 a.g. və krossoverə 6 pilləli “robot” sürət qutusunun köməyi ilə 275 km/saat sürət yığmağa imkan verən güc aqreqatı istifadə olunmuşdur.

Daha güclü mühərriklə yanaşı krossover dizaynda da bəzi dəyişikliklər əldə etdi – məsələn qabaq bamperin və qapı ağzındakı yan bəndlərin modernləşdirilməsi. Bundan əlavə banın və interyerin işlənməsində artıq karbondan daha çox istifadə olunur.

“Nissan”-da bildirirlər ki, ilk seriyalı “Juke-R” artıq sifarişçiyə göndərilmiş, ikinci nümunənin istehsalı isə tam sürətlə getməkdədir. Qeyd olunur ki, superkrossoverin son qiyməti konkret alıcının arzusundan asılıdır, lakin minimal olaraq 500000 avro rəqəmi səslənmişdir. Bu Avropa bazarında “Nissan GT-R” superkarının qiymətindən 5 dəfə çoxdur.

Hələlik yaponiyalı istehsalçıların bu krossoverlərdən neçə ədəd buraxacaqları dəqiqləşdirilmir. Qeyd olunmalıdır ki, “Nissan”-nın planlarında “Juke”-un 1,6 litrlik turbo mühərriki olan daha da “doldurulmuş” variantı durur.

AUTO.AZ



teqlər:
Nissan, Nissan Juke, Juke-R 18.10.2012

Şərhlər


AD