Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Lamborghini yenilənmiş Gallardo Spyder-i göstərdi

Paris avtosalonunda kupe “Gallardo”-nu təqdim etdikdən sonra “Lamborghini” şirkəti modernləşdirilmiş açıq “Gallardo Spyder”-i də elan etdi. Onu nəzərəçarpan dərəcədə dəyişilmiş bamperlə təchiz etmiş və yeni opsiyalar paketini hazırlamışlar. Kupe kimi rodster “Gallardo” da qabaqdan və arxadan yeni, daha da künclü olan bamperlər, o cümlədən 19 düymlük “Apollo” təkər diskləri aldı.

Restaylinq zamanı rodsterin texniki hissəsi dəyişikliyə məruz qalmadı – o əvvəlki kimi yenə də 560 a.g. verən və 100km/saat sürəti 4 saniyəyə yığan 5,2 litrlik V10 mühərriki ilə təchiz olunub (müqayisə üçün demək olar ki, kupe həmin əməliyyatı 0,3 saniyə tez edir). “Gallardo Spyder”-in maksimal sürəti 324 km/saata çatır.

Restaylinq olunmuş kupe də olduğu kimi rodster üçün də opsiya paketlərinin olacağı bildirilir. Bu ilk növbədə “Style Package”-dir ki, bura banın bəzi elementlərinin, o cümlədən bamperin detalları və yan güzgülərin korpusunun qara rəngə boyanması daxildir.

Bundan əlavə rodsteri daha çox idman modifikasiyalı “LP 570-4 Superleggera” və “LP 570-4 Spyder Performante” üçün hazırlanmış xüsusi “Edizione Tecnica” nəzdində əldə etmək olar.

Bu tərpənməyən arxa palçıq qoruyucusu, keramik əyləc mexanizmi və banın tərtibatı üçün orijinal rəng sxemləri ilə fərqlənir. Rodster üçün dəqiq hansı sxemin hazırlanacağı hələlik məlum deyil, lakin kupe “Gallardo Edizione Tecnica” “tutqun qara-narıncı”, “tutqun ağ-narıncı” və “narıncı-tutqun qara” ahəngində olacaq.

AUTO.AZ



Şərhlər


AD