Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

BMW “qəpiyi” “BMW M5”-dən olan mühərriklə təchiz ediblər

Almaniyada unikal kupe “BMW 1 Series”-i hazırladılar. Onu “1M” kupesində üslublaşdırıb “BMW M5”-dən mühərriklə təchiz etdilər. Bundan əlavə 10-silindrli mühərrik əlavə modernləşməyə məruz qaldı və indi əvvəlkindən 40 a.g. daha çox sürət verir.

“TJ Fahrzeugdesign” tüninq studiyası ekzotik replikarın düzəldilmə layihəsinin nəticəsini elan etdi. İş ondadır ki, “BMW 1 Series M Coupe” bavariya konserni tərəfindən məhdud sayda olaraq 2 700 ədəd buraxılmışdı. Alman tünerləri bu ədalətsizliyi belə orijinal üsulla düzəltmək qərarına gəldilər.

Lakin “1-ci M” ruhunda aerodinamik asma ilə vəziyyətə uyğun təchiz olunmuş kupenin kapotunun altında “BMW M5 və М6”-da istifadə olunan tamamilə başqa mühərrik – V10 yazılıb. Mühərrik əvvəlki kimi 507 deyil 550 a.g. verir və “М5”-dən robotlaşdırılmış transmissiya ilə quraşdırılıb. Əyləc sistemini isə krossover “BMWХ6 M”-dən götürüb. Asma “KW” markasının komponentlərinin istifadəsi ilə modifikasiya olunub. Təkər diskləri 20-düymlüklə əvəz edilmişdir.

İlkin məlumata görə, saatda 325 km sürət yığan kupe 100 km/saatı 4,2 saniyəyə gedəcək. “TJ Fahrzeugdesign”-da layihənin tirajını təyin etməyə hazırlaşırlar: “BimmerToday” portalı bildirir ki, tünerlər təkmilləşmə proqramlarını 20 000 avro dəyərləndiriblər. Buna mühərrikin qiyməti, sürət qutusu və digər istifadə olunmuş hissələrin qiymətinin daxil olub olmaması dəqiqləşdirilmir.

AUTO.AZ



teqlər:
BMW, BMW 1-series, M1 17.10.2012

Şərhlər


AD