Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Ford SEMA-ya dörd tüninq olunmuş Mondeo gətirəcək

Bugün məlum oldu ki, “Ford” şirkəti bu ayın sonunda Las-Veqasda, ABŞ-da keçiriləcək “SEMA” sərgisində təqdim etmək üçün nəsə xüsusi bir yenilik hazırlayır. Sürprizin bu yaxınlarda buraxılmış sedanların, avropada daha çox “Mondeo” adı ilə məşhur olan “Fusion” modelləri olacağı gözlənilir. Avtomobillər sadə olmayacaq, onlar 4 tüninq atelyeləri ilə - “3dCarbon”, “Ice Nine Group”, “MRT Performance” və “Tjin Edition” - əməkdaşlıq çərçivəsində hazırlanacaq və bu atelyelərin hər biri yeni modelin üslubu üçün öz paketlərini təqdim edəcəklər.

Danışmaq istədiyimiz ilk yenidən işlənmiş “Fusion” “3dCarbon” mütəxəssislərinin əlindən keçib və onun təməlində sedanın tam ötürücülü, maksimal olaraq 237 a.g. verən 2,0 litrlik “EcoBoost” mühərriki ilə təchiz edilmiş ən güclü versiyası durur. Tüninq-paket “Euro Series” adlanır və istehsalçının bildirdiyinə görə “o klassik avropa sedanlarının zərif və incələşdirilmiş üslubunu mənimsəyir”. Zəhlətökməyən aerodinamik paket aşağı salınmış asma və avtomobilə daha çox idman görünüşü verən yeni təkər diks komplekti ilə birgə işlədilir.

Sonrakı “Fusion” 1,6 litrlik, 170 a.g. verən “EcoBoost” mühərrikinə əsaslanır və onun istehsalçıları olan “Ice Nine Group” atelyesi “V8 Supercar”-dan ilham aldıqlarını bildirirlər. Onların variantı qara əlavələri olan yaşıl rəngə boyanıb və çox böyük spoyleri olan yeni aerodinamik “asma” ilə təchiz olunub. Məşhur “MRT Performance” atelyesindən olan mütəxəssislər “Ford”-dan olan 4 qapılı, 2,0 litrli avtomobillərini tünd boz rəngdə boyayıblar və bu rənglə açıq-göy elementləri təzad təşkil edir. Bu elementlərə ventilyasiya üçün çıxıntıları peyda olmuş yeni kapot, dəyişmiş təkər diskləri, dam və arxa görünüşün güzgülərinin korpusu daxildir.

Bundan əlavə “MRT Performance”-dan olan “Fusion” böyük yan ətəklərlə, o cümlədən şassi və sürət qutusundakı yeniliklərlə lovğalana bilər. Bu yaxınlarda “SEMA” avtomobil sərgisində göstəriləcək dördüncü və sonuncu “Fusion 2013” “Tjin Edition” şirkəti tərəfindən hazırlanıb. Onlar təməl üçün 2,0 litrlik tam ötürücülü modeli götürdülər. Bu atelyenin mütəxəssisləri avtomobillərini müəyyən üsluba uyğun olaraq, sedana yeni qeyri-adi görünüş verəcək bej rəngə boyayıblar. Gözəl rəng qamması ilə yanaşı “Fusion” “3dCarbon”-dan olan asma ilə, “Webasto”-dan olan lükla, “LightWurkZ”-dan olan duman əleyhin və çoxişlənən işıqlarla, 21 düymlük bej rəngli disklərlə, yenidən işlənmiş interyerlər, yeni turbinlə və modifikasiya olunmuş asma ilə lovğalana bilər.

AUTO.AZ



teqlər:
Ford, Ford Mondeo, SEMA 2012 16.10.2012

Şərhlər


AD