Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mopar Dodge SRT Viper üçün tüninq paket göstərəcək

Hər il Amerika Las-Veqasında keçirilən “SEMA” avtomobil sərgisində avtomobil istehsalçıları ənənəvi olaraq tamaşaçıları qeyri-adi və yeni qərarlarla təəccübləndirməyə can atırlar. Açılışı bu il oktyabrın 30 olacaq növbəti  avtoşounun ərəfəsində “Chrysler Group” şirkətinin bölmələrindən biri ilk dəfə geniş kütləyə özünün ən parlaq son layihəsini təqdim etməklə “SEMA 2012”-nin müştərilərinə yaxşı təsir bağışlamağa çalışacaq. Bu yenilik “Mopar” bölməsinin həyata keçirdiyi 2013-cü model ilinin sportkarı “Dodge Viper SRT”-dir.

Seçimin “Dodge Viper SRT 2013”-ə düşməsi təsadüfi deyil. Bu effektli avtomobil dünyada məşhur olan “Dodge” markası altında buraxlan avtomobillərdən ən sürətlisi və səmərəlilisidir. “Mopar” mütəxəssisləri“Chrysler” konserninin avtomobillərinin əsasən güc qurğularının tüninqi ilə ixtisaslaşəblar. Buna baxmayaraq, bu dəfə “Viper SRT”-nin səmərəlilik dəstinin flaqman modelinə gözlənilən dəyişiklikdən əlavə sportkarın xarici görünüşünü də dəyişən bəzi detallar quraşdırılıb. Sürət və hərəkət keyfiyyətini yaxşılaşdırmaq üçün “Mopar”-ın bacarıqlı işçiləri sarı rəngə boyanmış “Viper SRT 2013”-də çoxlu sayda standart detalları karbon lifindən olan analoqları ilə dəyişdiriblər. Həmçinin güc qurğusunun detallarının daha yaxşı soyudulması üçün yüngül çəkili materialdan hazırlanmış bir neçə büyük dəliyi olan yeni “X-Brace” kapotu quraşdırılıb. “Mopar” təmsilçilərinin dediklərinə görə, yenilənmiş kapotun kütləsi standart zavod variantı ilə müqayisədə 50 % azalıb.

Prototip həmçinin karbon lifi və alüminium kimi daha yüngül və möhkəm materialların istifadəsi ilə hazırlanmış mühərrik qapağı əldə etdi. Bununla yanaşı 2013-cü model ilinin “Viper SRT”-ni yollarda dözümlülüyü artırmaq üçün koylover komplekti və benzin çəninin bərk alüminium qapağı ilə təchiz etdilər. Avtomobilin, onsuz da aşağı göstəricili hava müqaviməti ilə fərqlənən aerodinamik xarakteristikasını təkmilləşdirmək üçün “Mopar” sportkara yeni ban elementləri olan paket quraşdırdı.

İnteryerin bəzədilməsində elə həmin rəng sxemi istifadə olunmuşdur. Lakin əgər bayırdan sarı rəng varsa, salonun içində sarı əlavələri olan qara rəngdən istifadə olunur. İnteryerin aksessuarlarına gəldikdə isə “Mopar” mühəndisləri “Viper SRT 2013”-ün salonunda sürət ötürücüsünün yeni alüminium qapağını, möhkəm idman oturacaqları “Sabelt”-i, “Viper” loqotipi ilə parlaq pedal komplektini və xromlaşdırılmış qapı ağızlarını quraşdırdılar.

AUTO.AZ



teqlər:
Dodge, Dodge Viper, Viper SRT, Mopar, SEMA 2012 15.10.2012

Şərhlər


AD