Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni Kia Soul elektriklə işləyəcək

Özünün ilk elektrokarını “Kia” şirkəti krossover “Soul”-un platformasında düzəldəcək. O 2014-cü ildə işıq üzü görəcək və çox güman ki, krossoverin yeni nəslinin platformasında istifadə ediləcək. Yeni “Kia Soul”-u şirkət gələn ilin əvvəlində göstərməlidir.

Hələlik elektrokarın hansı güc qurğusu ilə təchiz ediləcəyi barədə məlumat verilmir, lakin “Kia”-nın Avropa üzrə vitse-prezidenti Benni Oyen onun 2014-cü ildə işıq üzü görəcəyini və Koreya markasının ilk kütləvi elektrokarı olacağını təsdiq etdi. Bundan əlavə iddia edilir ki, genişləndirilmiş zəmanət elektrokara rəqabət aparmağa imkan verəcək.

Yeni “Kia Soul”-a gəldikdə isə çox güman ki, istehsalçılar onu gələn ilin əvvəllərində keçiriləcək beynəlxalq avtosalonların birində təqdim edəcəklər. Debüt üçün güman edilən məkanlardan Çikaqo və ya Nyu-York sərgilərinin adı çəkilir. ABŞ-da artıq “Kia”-nın ilk hibrid sedan “Optima HEV” avtomobili satılır. O 150 a.g.-nə malik benzin mühərriklə və litium-polimer akkumulyatorlarından “qidanalan” 40 a.g.-nə malik elektrik mühərriki ilə təchiz edilir. “Autocar” portalı qeyd edir ki, hibridin satışı artıq Avropada da başlayıb.

Həmçinin qeyd edilir ki, bazarda ümumi satışın aşağı düşməsinə baxmayaraq “Kia”-nın Avropada satışının artmaqda davam edir. Avropa alıcılarının fəallığının 7% düşməsinə baxmayaraq, 2012-ci ilin 7 ayı ərzində Koreya şirkəti 23% çox avtomobil sata bilmişdir.

AUTO.AZ



teqlər:
KIA, KIA Soul 09.10.2012

Şərhlər


AD