Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yubileyi olan Volkswagen Touareg Edition X

Düz 10 il bundan əvvəl “Volkswagen” şirkəti Paris motor-şousu çərçivəsində öz model sırasına tarixində ilk dəfə olaraq tam ölçülü yolsuzluq avtomobili “Touareg”-i əlavə etdi. Bu avtomobil bütün dünya sifarişçiləri arasında sabit tələbat yaratdı.

Avtomobillərin hədd qoyulmuş hissəsi adlarında məntiqi “Edition X” əlavəsini əldə etdilər. Baza komlektasiyasında krossover xüsusi ban rəngi, xüsusi “Moab” qatışığından hazırlanmış 19-düymlük təkər diskləri, gümüşü rəngli reylinqlər, panoramlı şüşə dam, işıqdiodlu hərəkət işıqları olan biksenon fənərlər, işıqdiodlu naxışı olan tündləşdirilmiş arxa fənərlər əldə etdi. Əlbəttə ki, avtomobilin ton verilmiş yan və arxa şüşələrində, isimlik kimi, əsas variantın adı – “Chrome & Style”, qabaq pərlərində isə  “Touareg X” kimi fərqləndirici işarələr meydana gələcək.

Salon kəhrəba-qəhvəyi “Nappa” dərisindən möhtəşəm naxışla işlənib. Cihaz paneli və qapılar isə təbii qara ağacdan çoxlu qoymalarla bəzədilib. Yubiley buraxılışını dəri sükan dairəsində, sürət qutusunun qolunun dəstəsində və yer xalısında əlvan dekorativ tikiş tamamlayır.

Xüsusi variantı hibrid güc qurğusu ilə olan variant daxil olmaqla beş əlverişli mühərrik modelindən biri ilə sifariş vermək olar. Almaniyada belə yolsuzluq avtomobilinin qiyməti 204 a.g.-lü, dizellə işləyən “V6” və səkkizpilləli “avtomat”-la olan modifikasiya üçün 61 min avrodan başlayır.

AUTO.AZ



Şərhlər


AD