Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Qadınlar üçün ən yaxşı avtomobillərin adları məlum oldu

Qadınlar üçün ən yaxşı avtomobil krossover “Range Rover Evoque” qəbul olundu. Məhz bu model dünyanın 12 ölkəsindən olan 20 avtomobil jurnalistindən ibarət jürisi olan “Womens World Car of the Year” müsabiqəsində qalib gəlmişdir. Ümumi hesabatda ikinci yeri “BMW 3” seriya sedanı, üçüncü yeri isə daha bir kompakt krossover “Audi Q3” tutdu.

Tam çempiondan başqa qadınlar daha dörd nominasiyada qalib seçdilər. Beləliklə ən yaxşı ailə avtomibili “BMW” 3-seriya (ikinci yerdə “Audi Q3”, üçüncü yerdə - “Ford Focus”), “lüks sinif avtomobili” kateqoriyasında “Evoque” (sonra “Jaguar XJ” və “Audi A6”), qadınların fikrinə görə ən qənaətli avtomobil isə “Honda Civic” oldu (o “Volkswagen Up!” və “Ford Fiesta”-nı qabaqladı).

İdman avtomobilləri sırasında qadınlar “Porsche 911” üstünlük verirlər. Düz də edirlər. (ikinci yerdə “Jaguar XKR”, üçüncü yerdə “Mercedes-Benz SLK”-dir). Qeyd edək ki, “Ən yaxşı avtomobil” müsabiqəsi cəmi üçüncü dəfədir ki, keçirilir. 2010-cu ildə “Jaguar XF” qalib gəldi. Keçən il isə qızlar bir dəfəyə iki avtomobil seçdilər – “BMW” 5- seriya və “Citroen DS3”.

AUTO.AZ



teqlər:
Land Rover, Range Rover Evoque 06.10.2012

Şərhlər


AD