Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Renault Clio krossoverini göstərəcək

Yaxın gələcəkdə “Renault” şirkəti “Clio” bazasında “Nissan Juke”-la rəqabət apara biləcək kompakt krossover buraxmağı planlaşdırır. “AutoExpress” məlumat verir ki, yeni modelin ilk şəkilləri yazda çap olunacaq. Avropa dilerlərinə isə avtomobil 2013-cü ilin ikinci yarısında çatacaq.

“Reno”-nun təmsilçilərinin sözlərinə görə, “Сlio” krossoverinin ilk eskizlərini artıq şirkətin rəhbərliyinə göstəriblər. Bununla belə qərb mətbuatında yaranan təxminlərin əksinə yeniliyin dizaynı keçən il Cenevrədə keçirilən motorşouda debüt etmiş konsept kar “Captur”-un xarici  görünüşünü tamamilə təkrar etməyəcək. Eskizləri görən “AutoExpress”-in “Renault”-dakı mənbələri bildirdilər ki, yolsuzluq avtomobili əksər xüsusiyyətlərini yeni nəsil “Clio”-dan götürəcək. Lakin onun dizaynı “daha az ziddiyyətli” olacaq.

Əvvəlcədən məlum olduğu kimi “Renault” şirkəti daha iki krossover buraxmağı nəzərdə tutur. Onlardan biri gələcək nəsil “Qashqai” modelinin şassisini əldə edəcək, ikincisi isə qabarit ölçülərinə görə yolsuzluq avtomobili “Nissan X-Trail”-ə yaxın, ailənin ən iri avtomobili olacaq.

Yeni krossoverlərin buraxıışı fransa istehsalçısının 2013-cü ildə buraxılış modellərinin sayını 44-ə çatdırmaq planının bir hissəsidir. 2016-cı ilə qədər “Reno” artıq 48 model istehsal etməyi nəzərdə tutur.

AUTO.AZ



teqlər:
Renault, Renault Clio 05.10.2012

Şərhlər


AD