Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Hennessey-dən 1130-güclü SRT Viper

Con Hennesi və onun komandası yeni “SRT Viper 2013” üçün ilk paketlərini hazırladılar və o “Venom 1000 Twin Turbo” adını aldı. Superkarın güc aqreqatının modifikasiyası layihəsi dəqiqədə 6200 dövr ilə 1120 a.g.-nə və dəqiqədə 4200 dövr ilə maksimal 1092 Nm-ə çatmağa imkan yaradır.

Modernləşdirilmiş “Viper” 0-dan 96 km/saata cəmi 2,7 saniyəyə yığa bilir, 4/1 mili qət etmək üçün isə ona 9,7 saniyə vaxt tələb olunur. Bazada 640 a.g. və 812 Nm fırlanma anı verən 8,4 litrlik V10 üçün yenilənmiş paket aqreqatın tam modernləşməsini göstərir. “Hennessey” mühəndisləri yeni döyülmüş alüminium porşinlər, döyülmüş polad porşen barmaqları, kompressor, turbinlər, yüksək istehsal gücünə malik interkulerlər, paslanmayan poladdan qaz çıxma sistemi, yanacaq forsunkaları, yanacaq nasosu və yenidən proqramlaşdırılmış “EBU” quraşdırmışlar.

Əlavə aerodinamik modifikasiyalar qismində qabaq splitter, arxa spoyler və diffuzor təklif olunur. Həmçinin avtomobili yeni “Penske” koiloverləri, arxa differensialın soyuducusu, yaxşılaşdırılmış əyləc sistemi və odsöndürən ilə təchiz ediblər.

AUTO.AZ



teqlər:
Dodge, Dodge Viper, Viper SRT, Hennessey 03.10.2012

Şərhlər


AD