Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

BMW 1 M Coupe-ni ekstremala çevirdilər

“Brabus” atelyesinin “qatı dostlarını” daha hansı yolla təəccübləndirəcəyini bilməyən digər alman tüninq atelyesi “G- Power”-in virtuozları dünyanın ən sürətli “C class” kupesini hazırladılar. “BMW 1 M Coupe”-nin təməlindən istifadə edən “G-Power” mühəndisləri “doğma” 3 litrlik turbo mühərrikin üstündən xətt çəkərək onun yerinə kapoun altına “BMW M3 (E92)”-dən 4 litrlik “səkkizlik” yerləşdirdilər.

Konstruksiya üzərində artıq əziyyət çəkməmək üçün isə “üçlüyün” mühərriki ilə bərabər 7 pilləli “КПП DCT” sürət qutusu və paslanmayan poladdan qaz buraxma sistemi quraşdırıldı. Mühərriki “ASA” kompressoru ilə təchiz etdiklərinə görə karbondan yeni kapot və mühərrikin bir qədər böyük olduğuna görə karbondan həmçinin baqaj üçün spoylerlə birgə qapaq da hazırlandı.

Əgər “BMW M3”-də mühərrik 420 a.g. və 400 Nm fırlanma anı verirdisə, “G-Power” mühəndisləri tərəfindən “yırğalanmış” yenilikdə bunu 600 a.g.-nə və 580 Nm fırlanma anına çatdırmaq mümkün olmuşdur. Mühərrikin gücü artdığına görə avtomobilin xarakteristikası da yaxşılaşmışdır – ilk yüzlüyü fəth etmək üçün 4,4 saniyə, ikinci yüzlüyə isə 12,7 saniyə tələb olunur və maksimal sürət 330 km/saatdır.

Əlbəttə eksteryer də əlavələrə məruz qalmışdır. Karbon kapot və baqaj qapısı ilə yanaşı avtomobil həm də 20 düymlük yüngüllehimli disklər və aşağı profilli və ön oxda 255/30, arxa oxda isə 295/25 ölçüləri olan “Michelin Pilot” təkərləri də aldı.

Kupeni yüksək sürətdə effektli dayandırmaq üçün avtomobili 396mm-lik keramik əyləc diskləri ilə təchiz etdilər. Salonda da dəyişikliklər var. Spidometr 400 km/saat göstərilmiş və oturacaqlar, qabaq panel və sükan isə iki rəngli dəri və alkantara ilə işlənmişdir.

Avtomobil “G-Power G1 V8 Hurricane RS” adını aldı və Almaniyada 141176 avroya (və ya 182900 ABŞ dollarına) satılacaq. “G-Power” atelyesi artıq dünyada ən sürətli sedanın ( BMW M5 Hurricane RR), ən sürətli universalın (BMW M5 Hurricane RS Touring) və ən sürətli 4-qapılı kupenin (BMW M6 Hurricane RR) hazırlanması ilə “seçilmişdi”, indi isə o dünyada ən sürətli kupe “C class” düzəltdi. İndi isə əsas rəqibdən – Brabus atelyesindən cavab gözləmək lazımdır.

AUTO.AZ



teqlər:
BMW, BMW 1-series, M1, G-Power 03.10.2012

Şərhlər


AD