Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Honda universal banda Civic buraxdı

Yapon “Honda”-nın Paris avtosalonunda yeni “Civic Type R” nümayiş etdirəcəyi güman edilirdi. Lakin bu baş vermədi. Şirkət tanış avtomobillər göstərdi və bir neçə məlumat verdi. Məsələn, avropa alıcıları üçün universal “Civic” buraxmaq niyyətində olduğunu bildirdi.

Paris avtosalonundakı mtbuat konfransı zamanı “Honda”-nın avropa ölməsinin prezidenti Manabu Nişimae “Civic” ailəsinin genişlənməsini elan etdi. Onun yeni üzvü universal olacaq. Yeniik haqqında təfərüatlar yoxdur. Gələcək modelin ümumi şəkli bir tizerin üzərində təxmin edilir.  Hələlik əlverişli məlumat yalnız – universalın prototipi gələn il konseptual formada təqdim olunacaq.

Bundan əlavə şirkətin başçısı “Honda”-nın “Civic”-in “yüklənmiş” modifikasiyası “Civic Type R”-i buraxmaq niyyətində olduğunu təsdiq etdi. Çoxları bu modeli, daha doğrusu onun prototipini məhz Paris avtosalonunda görmək ümidində idilər, lakin “Honda” Fransa paytaxtına yeni  heç nə gətirməmişdi.

Nişimaenin sözlrinə görə “Civic Type R”-in seriya variant 2015-ci ildə təqdim olunacaq. Şirkətin başçısı qeyd etdi ki, avtomobil xüsusilə avropa bazarı üçün hazırlanacaq. Həmçinin şirkətin “WTCC” dünya çempionatında iştirakı zamanı illərlə toplanmış texnologiyalarından da istifadə edəcək. Bundan başqa “Honda” bildirir ki, “Type R” Nürnburqrinqdə ən sürətli qabaq ötürücülü avtomobil olmalıdır. Hetçbek 8 dəqiqə və 7,97 saniyəyə Nürnburqkinq ətrafında dövr edən “Renault Megane 256 Trophy”-nin qoyduğu rekordu qazanmalıdır.

AUTO.AZ



teqlər:
Honda, Honda Civic 01.10.2012

Şərhlər


AD