Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Lamborghini superkar Gallardo-nu yenilədi

Lamborghini” şirkəti öz pərəstişkarlarının ümidlərini doğrultdu: bu yaxınlarda göstərilən video-tizerdə söz verildiyi kimi, italyanlar Parisdə yeni “Gallardo LP 560-4”-ü təqdim etdilər. Düzdür müvəffəqiyyətli modelin yeniliyi eksteryerin dizaynının modernləşdirilməsi və yeni “məhdud seriyanın” buraxılışı ilə məhdudlaşacaq.

“Lamborghini”-də bildirirlər ki, “Gallardo”-nun yeni “üzü” markanın tanınan dizayner üslubuna uyğun olaraq çəkilib. İtalyan dizaynerlərinin fikrinə görə, yeni künclü, trapesiyaşəkilli havaçıxışlı ön bamper, ön pərlərdəki iri həcmli “qəlsəmələr” və 19-düymlük təkər diskləri brutal və əzələli obraz yaradır.

Superkarın arxası da indi analoji üslubda hazırlanıb. Bundan başqa “Lamborghini”-də opsional paket “Style Package”-i elan etdilər ki, buna bəzi aerodinamik elementlərin parlaq-qara rəngə boyanması daxil ola bilər.

Yenilənmiş “Gallardo” ilə yanaşı həmçinin “LP 570-4 Edizione Tecnica” adı altında yeni “xüsusi icra” da təqdim olundu. Burada “Superleggera” və “Spyder Perfomante” versiyaları olacaq. Ona tərpənməyən arxa palçıq qoruyucuları və karbon-keramika əyləcləri daxildir.

Bundan əlavə “Edizione Tecnica” çərçivəsində “Gallardo” alıcılarına banın bəzədilməsi üçün 3 yeni rəng sxemi təklif olunacaq. Burada dam dayaqları və qabaq bamperin detalları kontrast rəngə boyanır. Hal-hazırda “tutqun qara-narıncı”, “tutqun ağ-narıncı” və “narıncı-tutqun qara” təklif olunur.

Qeyd edilməlidir ki, 2003-cü ildən buraxılan “Lamborghini Gallardo” markanın ən müvəffəqiyyətli modeli sayılır: bugünə qədər Santa-Aqatada olan zavodun konveyerindən superkarın 13000 nümunəsi çıxmışdır. O 560 a.g. verən 10 silindirli mühərriklə təchiz edilir, lakin bəzi versiyalarda mühərrik 550 a.g.-dən 570 a.g.-nə qədər artır.

Paris avtosalonunda təqdim olunmuş yenilikləri artıq noyabr ayından dilerlərdən əldə etmək olar.

AUTO.AZ



teqlər:
Lamborghini, Lamborghini Gallardo 28.09.2012

Şərhlər


AD