Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Nissan ekoloji sportkar hazırlayacaq

Nissan Yaponiyada Leaf modelini uğurla satır və artıq Amerika bazarına çıxmağı planlaşdırır.

Ancaq, kompaniya əldə etdiyi nailiyyətlə kifayətlənmək istəmir. Məlumat peydah olub ki, Nissan yoxlanılmış Toyota-nın yolu ilə gedir və elektrik sportkar buraxmağa hazırlaşır. Bu halda model Leaf-dən yüksək gücləndirilmiş mühərrik əldə edəcək, amma, məlum dərəcədə baha olacaq.

Yeni modelin hansı platformada hazırlanacağı sual altında qalır. Mümkün variantların arasında Nissan 370Z və konsept Infiniti Essence 2009-un adı səslənir. Əgər birinci avtomobil yüngül çəkisinə görə rahatdırsa, ikinci avtomobil də kifayət qədər güclü batareyalara sahibdir. Yerigəlmişkən, Leaf-in arxada yerləşdirilmiş elektomotorla gücləndirilmiş versiyasının peydah olacağını istisna etmək olmaz.

Nissan-ın elektrik sportkarının necə olacağını biz yaxın zamanlarda görəcəyik.

Mənbə: auto.utro.ru

Tərcümə: AUTO.AZ



teqlər:
Nissan, Nissan Leaf 21.07.2010

Şərhlər


AD