Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Tüner ABT Audi A1 Quattro-nu yenilədi

Alman tüneri “ABT” “Audi A1 Quattro”-nun üzərində təcrübə aparmaq və onu daha təsirli edə bilib, bilməyəcəyinin yoxlamaq qərarına gəldi. Standart model 4-silindrli turboyükləyicili 2,0 litrlik mühərrikdən 256 a.g. alırsa, yenidən qurulmuş variant 307 a.g. verəcək.

Eyni zamanda fırlanma anının da göstəriciləri artıb – standart “Audi A1 Quattro”-da 350 Nm, “ABT” mütəxəssislərinin üzərində işlədikləri modeldə isə 400 Nm-dir. Gücün artmasının nəticəsi kimi “Audi A1 Quattro” birinci “yüzə” 5,4 saniyəyə sürətlənir. “Worldcarfans”-ın qeyd etdiyinə görə , bu onu standart modeldən 0,3 saniyə tez edir.

“ABT”-nin verdiyi məlumata görə, “Audi A1 quattro”-nun gücünün artması yanacaq sərfinin göstəricilərində və işlənmiş qazın atmosferə buraxılmasında əks olunmayıb.

AUTO.AZ



teqlər:
Audi, Audi A1, Abt 25.09.2012

Şərhlər


AD