Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Best Cars-dan BMW 1-Series M Coupe

Çoxumuz elə hesab edirdik ki, “BMW 1-Series M Coupe” tüninq studiyaları arasında populyarlığa malik olmayacaq. Həqiqətdə isə belə olmadı: demək olar ki, hər həftə bazara bavariya avtomobil istehsalçısının məhsulu üçün yeni tüninq paket çıxır.

Keçən bazar günlərində daha bir tüner, bu dəfə “Best Cars and Bikes” tüninq studiyası, 340-güclü idman kupesinin modifikasiyası üçün öz paketini təqdim etdi.
Şirkətin mühəndisləri 3,0 litrlik 6-silindrli tvin-turbolaşdırılmış mühərrik üçün elektron idarəetmə bloku hazırladılar. Həmçinin avtomobilin qazçıxma sistemini  “Bastuck” adlanan paslanmayan poladdan düzəltdilər.

Nəticədə çıxış gücü 425 a.g.-nə çatdı. Paket “SCHMIDT Revolution”-dan olan donuq qara rəngə boyanmış, 20-düymlük yüngül lehimli təkər diskləri ilə davam edir. Bundan əlavə “Best Cars and Bikes” mütəxəssisləri “KW”-dan yeni asma quraşdırıblar.

AUTO.AZ



teqlər:
BMW, BMW 1-series, M1, Best Cars 18.09.2012

Şərhlər


AD