Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Audi gücləndirilmiş SQ5-i təqdim etdi

Audi” Parisdə “gücləndirilmiş” krossover “SQ5”-in eksklüziv seriyasının 50 nümunəsindən birini göstərəcək. Interyerin və banın yeni işləməsinə əsasən “SQ5 TDI Exclusive Concept” adlı krossover demək olar ki, 1,5 dəfə bahalanmağa müvəffəq oldu.

Dəqiqləşdirilmiş məlumata görə “Q5” ailəsinin ən dinamik nümunəsi olan krossover “Audi SQ5” Avropa bazarına 2012-ci ilin axırında çıxacaq. “S” sırasının tarixində ilk dəfədir ki, onun təmsilçisini  3 litrlik, 313 a.g. və 650 Nm fırlanma anı verən iki yükləyicili, 6-silindrli “SQ5” dizel mühərriki ilə təmin ediblər. Səkkizpilləli “avtomatla” belə mühərrik “SQ5”-i 100 km-ə cəmi 5,1 saniyəyə sürətləndirir.

Halbuki hələ bazara çıxmamış krossoverin artıq eksklüziv icrası meydana gəlib. Parisdə “Audi” şirkəti standart krossoverdən bir neçə cizgi ilə fərqlənən “SQ5 Exclusive Concept”-i təqdim edəcək. Onların arasında - məhz bunun üçün xüsusilə yaradılmış unikal “Aral Blue” ban rəngi,  salonun ağ kontrast sırığı olan qara dəri “Nappa” ilə işləməsi (qabaq panel və ön oturacaqların altının qoltuqaltısı daxil olmaqla), tavanda alkantara və təbii ağacdan  qoymalar, həmçinin qabaq oturacaqların mərkəzi hissələrinin unikal işləməsi.

“Audi SQ5 TDI Exclusive Concept”-in seriya nümunəsini 2013-cü ilin əvvəlində əldə etmək mümkün olacaq. Cəmi 50 nümunənin buraxılışı gözlənilir. Həm də hər krossoverin qiyməti Avropada minimum 92 000 avro olacaq. Qeyd etmək lazımdır ki, standart “Audi SQ5”-in başlanğıc qiyməti təqribən 58 000 avrodur.

AUTO.AZ



teqlər:
Audi, Audi SQ5 18.09.2012

Şərhlər


AD