Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Citroen sedan C-Elysee-ni göstərəcək

Fransa avtomobil istehsalçısı olan “Citroen” ev avtosalonunda “ağ vərəqdən” hazırlanmış avtomobil göstərəcək. Sedan “C-Elysee” adını alacaq. İstehsalçının verdiyi məlumata əsasən avtomobil ele düzəldilmişdir ki, o “zaman və məsafə baxımından” yoxlamaya tab gətirə bilsin. Yeni sedan “Citroen” üçün xarakterik asan tanına bilən xarici görünüşə və markanın bütün firma cizgilərinə malikdir. “C-Elysee” 7 rəng variantında və salonun işlənmə təbəqəsindən asılı olaraq xrom detallarla işlənmiş banla təklif olunacaq.

Hələ istehsal zamanı şirkət avtomobilin əlverişsiz iqlimi və yolları olan ölkələrdə istifadə ediləcəyini nəzərə almışdı. Buna görə də sedanın bəzi xüsusi xarakteristika ilə təchiz edilməsi qərara alındı. Bu siyahıya uyğun klirens və təkərlər, dibin əlavə qorunması və ban konstruksiyasının gücləndirilməsi daxildir. İstehsalçı israr edir ki, “C-Elysee” etibarlı olacaq. Bundan əlavə avtomobilin komplektasiyasına “ABS” və “ESP” əlavə ediləcək.

Avtomobil Fransada düzəlib, lakin onun istehsalı İspaniyanın kiçik şəhəri olan Viqoda olacaq. Fransızların adətinə görə onlar avtomobili seriyaya buraxmazdan əvvəl onu uzun müddət testdən keçirirlər. “C-Elysee” müxtəlif şəraitdə, o cümlədən ekstremal şəraitrə 4 milyon kilometrdən çox test üçün məsafə keçib. Avtomobilin uzunluğu 4,43m, eni 1,7m, hündürlüyü – 1,47m və təkər bazası – 2,65m təşkil edir (şirkətin göstəricilərinə əsasən bu maksimal seqmentdir). Arxada oturan sərnişinin ayaqlarının qoyduğu yerdən sürücü oturacağının arxa hissəsinə qədər olan məsafə 120mm, baqaj tutumu isə 506 litr təşkil edir.

İlkin olaraq “Citroen C-Elysee” iki yeni bezin mühərriklə təchiz ediləcək. Birinci – Vti72 – 72 a.g. və 110 Nm fırlanma anı verir. Bu tip mühərrik 100 km məsafəyə 5 litr yanacaq qət edir. Mühərrik 5 pilləli mexaniki və ya robotlaşdırılmış sürət qutusu ilə birgə çalışacaq. İkinci mühərrik – Vti 115 – mexaniki və ya avtomat sürət qutusu ilə birgə çalışacaq. Yeniliyin qiymətini hələlik şirkət elan etmir, lakin qeyd edir ki, C-Elysee “qiymətlə keyfiyyətin nisbəti baxımından ideal avtomobildir.

AUTO.AZ



teqlər:
Citroen, Citroen C-Elysee 17.09.2012

Şərhlər


AD