Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Smart “ulduz” konsepti göstərəcək

Alman şirkəti “Smart” Fransanın paytaxtına konseptual idman kupesi “Forstars”-ı gətirəcək. Xarici görünüşünə əsasən bu avtomobilin seriya avtomobili ilə əlaqəsi azdır. Avtomobil cəmi iki sərnişin yeri və çox böyük yük yeri ilə fərqlənir.

“”Smart” ulduzlara can atır”. “Smart Forstars” konseptinin Paris avtosalonundakı dünya premyerasını elan edən rəsmi press-reliz belə başlayır. Şirkətin özü yeniliyi “SUC” (Sports Utility Coupe) və ya idman utilitar kupesi sinfinə aid edir. Avtomobildə yalnız iki nəfər üçün yer var. Qalan həcm yük yerinə verilmişdir.

Konseptin adı panoramlı damın təsiri altında düşünülüb. Dam göyün üzünü, əgər gecədisə ulduzları görməyə imkan verir. Konseptin özünəməxsus “xüsusiyyəti” isə maşının kapotuna quraşdırılmış videoproyektordur.

Konsept bütün “Smart” avtomobilləri kimi yığcam alınıb. Avtomobilin uzunluğu – 3350 mm, eni – 1710 mm, hündürlüyü 1505 mm- dir. Bununla belə təkər bazası 2470 mm təşkil edir ki, bu da seriya “Smart Fortwo”-dan 603 mm böyükdür. Təkər izi də həmçinin qabaqdan və arxadan 1475 mm-ə qədər (+ 193 və 90 mm) artıb.

Konsept elektrokar “Smart Brabus”-u da hərəkətə gətirən elektrik mühərriki ilə təchiz olunur. Mühərrik 80 a.g.-nə yaxın güc və 135 Nm fırlanma anı verir. Belə mühərriklə konseptin maksimal sürəti 130 km/saatdan çox olur. Bu konseptin seriya perspektivləri haqqında şirkət məlumat vermir.

AUTO.AZ



teqlər:
Smart, Smart Forstars 15.09.2012

Şərhlər


AD