Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

SRT Viper öz rəqibindən daha ucuz oldu

“Chrysler” konserni ilin ən gözlənilən yeniliyi - əvvəllər “Dodge” markası altında buraxılan superkar “SRT Viper”-in qiymətini yayımladı. Yeni nəsil “SRT Viper” daimi rəqibi “Chevrolet Corvette ZR1”-dən bir az ucuz oldu.

Xatırladaq ki, 2010-cu ildə istehsalından imtina edilən, “Chrysler” konserninin gücü ilə yenidən yaranmış “SRT Viper” apreldə Nyu-York avtosalonunun ən gözlənilən yeniliyi oldu. Superkarın qiymətini isə indi elan etdilər. ABŞ bazarında kupenin mərkəzi modifikasiyası vergisiz 97 395 dollar olacaq.

Superkar 640 a.g. verən 8,4 litrlik mühərrik və 6-pilləli mexaniki sürət qutusu ilə təmin olunub. Ikirejimli asma və lehimli təkər diskləri ilə fərqlənən “GTS” modifikasiyası üçün 120 395 dollar vermək lazımdır.

Maraqlıdır ki, belə qiymətlər “SRT Viper”-i ABŞ-da minimum 112 600 dollar qiyməti olan rəqibi “Chevrolet Corvette ZR1”-dən bir qədər əlverişli edir. O demək olar ki, eyni 638 a.g.-lü mühərriklə təchiz olunub. Lakin “Corvette”-də bu “atmosferlik” deyil 6,2 həcmli sıxıcı kompressorlu “V8”-dir.

Yada salaq ki, ən birinci seriya konveyerdən çıxmış “SRT Viper” indikindən demək olar ki, üç dəfə baha satılır. Anonim alıcı superkarı birinci almaq üstünlüyünü əldə etmək üçün “Barrett-Jackson” hərracında 300 000 dollar ödədi.

AUTO.AZ



teqlər:
Dodge, Dodge Viper, Viper SRT 12.09.2012

Şərhlər


AD