Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Chrysler 300 Glacier Edition-u təqdim etdi

Chrysler300 modelini yeni xüsusi “300 Glacier” vesiyası ilə genişləndirir. Bu versiya “300S” bazasında yığılacaq və 2012-ci ilin payızında satışa çıxarılacaqdır. Yeni “300 Glacier”-i ya ümumilikdə 300 a.g. verən 3,6 litrlik dizel “Pentastar V-6”,ya da 5,7 litrlik, 363 a.g. verən “V8 HEMI” mühərriki ilə sifariş etmək olar.

Lakin mühərrik seçimindən asılı olmayaraq avtomobil yanacaq sərfiyyatını daha da azaltmaq üçün ön oxu söndürə bilən aktiv paylayıcı sürət qutusu olan ən qabaqcıl tam ötürücülü sistemlə təklif olunacaq. Adından göründüyü kimi avtomobil arxa yan güzgülərin və fənərlərin haşiyələrinin xüsusi boyanması ilə tamamlanmış kəskin “Glacier Blue Pearl Coat” rəngində təqdim olunacaq. “Chrysler 300 Glacier” 19-düymlük səkkizmilli unikal alüminium təkər diskləri əldə edib.

Yeniliyin interyerində “Glacier” loqotipi tikilmiş idman oturacaqları, mərkəzi konsolda, cihaz panelində, sükanda və qapı panellərində isə “Piano Black” dekorativ taxmaları meydana gəlib.

AUTO.AZ



teqlər:
Chrysler, Chrysler 300, 300 Glacier Edition 10.09.2012

Şərhlər


AD