Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Ford yeni Mondeo-nu təqdim etdi

Yeni “Ford Mondeo” bütün ailə tarixi ərzində ən kompakt güc qurğusu aldı. Bu mühərriklə sedan sinifində, dinamikada itki verməyən, ən qənaətli təklif adını almaq iddiasında ola bilər. Bundan əlavə “Ford” konserni yaxın gələcəyə olan planlarını yayımladı. “Ford”-un prezident müavini Barb Samarciçin dediyinə görə, müasir texnologiyalar ölçüyə fikir verməməyə və azdan – çox əldə etməyə imkan verir.

Buna görə yeni nəsil “Ford Mondeo”-nun əsas güc qurğusu cəmi 1 litr həcmi olan məşhur “EcoBoost” ailəsinin mühərrikidir. Bu 3 silindrli bilavasitə yeridilməli turbo mühərrik artıq “Engine of the Year” müsabiqəsinin Qran-pri mükafatını almaqla özünün mükəmməlliyini təsdiq etmişdi. Görünür “Mondeo”-nun yük yeri qapağının altında 125a.g. və 170 Nm fırlanma anı (“overbust” rejimində - 200Nm-ə qədər) verən variant tətbiq olunacaq.

Lakin “Ford” hələ belə mühərrikli “Mondeo”-nun xarakteristikalarını açmır. Bildirilir ki, “litrlik” sedan  qənaətliliyə görə sinfində birincilik iddiasında ola bilər. “Ford”-da həmçinin qeyd edirlər ki, yeni “Mondeo” kompakt və qənaətli qərarların köməyi ilə D-seqment alıcılarının sinif üçün yeni standartlar quraşdırmaq niyyətindədirlər. Daha ətraflı məlumatı istehsalçılar bir qədər sonra verməyə vəd edirlər.

AUTO.AZ



teqlər:
Ford, Ford Mondeo 07.09.2012

Şərhlər


AD