Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni Mazda6. Artıq həm də universal

Mazda” şirkəti, təqdimat mərasiminin Paris avtosalonunda keçirilməsi planlaşdırılmış, universal banlı  yeni “Mazda6”-nın şəkillərinin bir hissəsini yayımladı. Güc qurğularının qammasını yenilik yəqin ki, ilk dəfə Moskvada nümayiş etdirilmiş sedandan götürəcək.

Yayımlanmış şəkillərə əsasən demək olar ki, universal “Mazda” çox əyilmiş arxa dayaqla və sedanda olduğundan daha alçaq, daha rahat yükləmə hündürlüyü təmin edən arxa bamperlə dinamik siluet əldə edəcək. Yük yerinin təxmin edilən həcmi kimi konkret xarakteristikaları yapon şirkəti məxfi saxlayır.  Universalın sedanla müqayisədə qabaritlərinin necə dəyişməsi də həmçının məlum deyil.

Yəqin ki, universal da sedanda olan güc qurğuları və “SkyActiv” texnologiyalar kompleksi əldə edəcək. Moskva avtosalonunda “Mazda6”-nın ikilitrlik 150 a.g.-lü bezinlə işləyən mühərriklə və 2,5litr həcmdə 190 a.g. verən mühərriklə təmin olunacağı elan edilmişdi. Sürət qutusu kimi isə yaponlar 6-pilləli “mexnanika” və “avtomat” təqdim etmək niyyətindədirlər.

Avropa bazarında həmçinin “SkyActiv” texnologiyası ilə işlənmiş ikili turboyükləyicili 2,2litrlik dizelin meydana gəlməsini də gözləmək olar. Bu mühərrik iki yüksəltmə dərəcəsi - 150 və 175 a.g. ilə mövcuddur. Qeyd etmək lazımdır ki, deyilənlərə görə, “Mazdanın” planlarına “Mazda6 MPS”-in “yüklənmiş” və “kupe” modifikasiyalarını işləyib hazırlamaq daxildir.

AUTO.AZ



teqlər:
Mazda, Mazda6 06.09.2012

Şərhlər


AD