Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

EVS Motors-dan Lamborghini Murcielago

Sürdüyünüz avtomobilin növündən asılı olmayaraq, əksər hallarda daha sürətli və daha yaxşı maşın istəyirsiz. Ilk dəfə  təqdim olunanda “Lamborghini Murcielago” demək olar ki, ideal supercar idi. Lakin sonra onun varisi “Aventador” meydana gəldi və “ulu babanı” çoxları yaddan çıxartdı.

Xoşbəxtlikdən “Murcielago” sahiblərinə italyan superkarının xarici görünüşünü yenidən gözdən keçırən yeni paket təqdim edən “EVS Motors” tüninq studiyası köməyə gəldi.

Çıxışda siz  “Aventador” əldə etməyəcəksiz. Lakin qarşınızda adi modeldən bir pillə yüksək olan bir avtomobil olacaq. Bu açıq-sarı “Murcielago” “EVS Motors” şirkətinin sahibinindir.

O, “SuperVeloce”-un daha güçlü variantı kimi görünən superkar əldə etmək istəyirdi. Bunu əldə etmək üçün yeni ön bamper, yan ətəklər, böyük diffuzorlu arxa bamper və arxa palçıq qoruyucuları işlənib hazırlanmışdır.

Bu təsiredici paketi yeni parlaq qara “ADV5.0 Deep Concave” diskləri dəsti tamamlayır. Qabaqda 19-düymlük, arxada isə 20-düymlük disklər quraşdırılıb.

AUTO.AZ



Şərhlər


AD