Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

BMW rəsmi olaraq X3-ün yeni nəslini təqdim etdi

BMW konserni yenilənmiş BMW X3-ün rəsmi şəkillərini və texniki xarakterlərini nəşr etdi. Kompaniyanın mətbuat xidmətinin bildirdiyinə görə, kompakt lüks SUV-un ikinci nəsli birinci ilə müqayisədə 12 mm hündür, 83 mm uzun və 28 mm enlənərək “boy atdı”. Yol tutumu isə 12 mm artıb. Onun xarici görünüşü 2004-cü ildən bəri dəyişilməyib, indi ifadəli faralar diod işıqlı elementlərlədir və sələfinə nisbətən daha qaraltılıdır.

Yeni X3-ün baza versiyası 240 a.g. olan, 3.0 litr həcmli, cərgəli altısilindirli mühərriklə təchiz olunur. SUV 100 km/saat sürətinə 6.7 saniyəyə çatır (bu və sonrakı varianlar ABŞ üçün yazılıb). 300 a.g. qədər gücləndirilmiş həmin mühərrik, top-variant X3 xDrive35i-ə quraşdırılır; onunla, yeni, 8 pilləli avtomatik sürət qutusu işləyir.

Avtomobil lüks tam ötürücü, tam yenidən düzəldilmiş asma və bir çox aktiv və passiv təhlükəsizlik vasitələri ilə təchiz olunub. Çoxsaylı sistemlər, dördüncü nəsil bort kompyuter iDrive ilə idarə olunur.

BMW X3 2011-in yığılmasına yaxın aylarda Spartanburqda (Cənubi Karolina ştatı, ABŞ) başlayacaqlar, satışına isə bu ilin sonlarında başlanılacaq.

Mənbə: autonews.ru

Tərcümə: AUTO.AZ



teqlər:
BMW, BMW X3 21.07.2010

Şərhlər


AD