Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mazda6 rəsmi olaraq təqdim olundu

Yeni 3-cü nəsli “Mazda6” sedanı (avtomobilin istehsalçısı yeniliyi 2014 model kimi göstərir) Paris avtosalonunda dünya premyerasına hələ 1 ay qalmasına baxmayaraq artıq rəsmi olaraq təqdim olundu.

Əvvəllər yeniliyin çoxlu sayda göstərilmiş cızma-qaraları axır ki, bir yerə toplanaraq avtomobilin vahid şəklinə çevrildi. Onun dizaynı şirkətin “KODO – Soul of Motion” adlı hazırki firma üslubunda həyata keçiriilmişdir. Bu üslub ilk dəfə kompakt krossover Mazda CX-5-də tətbiq olunmuşdur.

Qeyd edilməlidir ki, “Mazda6 new” çox gözəl alındı və avtomobil istehsalçısının vəd etdiyi kimi o “Takeri” konseptindən çox da fərqlənmir. Qabaritlərinə görə 3-cü nəsil “altılığı” öz sələfini bütün cəhətlərdə keçdi. Uzunluğu 4865mm (+110mm), eni 1840mm (+45mm), hündürlüyü 1460mm (+20mm) oldu. Təkər bazası 105mm artaraq 2830mm oldu.

Bütün bunlar sürücü və sərnişinlər üçün rahat şərait yaratdı. Doğrudur “Mazda6 2013”-də baqaj tutumu 519 litrdən 483 litrə düşdü, lakin əvəzində yükün rahatlıqla qoyulması və götürülməsi üçün əlavə 32mm baqaj enliləşdirildi.

CX-5 krossoveri kimi yeni “altılıq” da bütün texnologiyalar kompleksini “SkyActiv”-dan aldı və buna nəinki mühərrik və sürət qutusu, həm də şassi və yüksək keyfiyyətli poladdan olan tutumu böyüdülmüş kuzov daxildir. Yeni kuzov əvvəlkinə nisbətən yüngül oldu və buna baxmayaraq onun eşmə sərtliyi 30% artdı.

Avtomobil istehsalçısının sözlərinə görə yeni 2013 modeli olan “Mazda6”-ya sürücünün avtomobili idarə etməkdən həzz alması üçün qabaqda Makfarsendən olan dirəklər və arxada çoxqollu asma ilə elə tənzim olunmuşdur.

Ləzzəti gərək salon da versin. Salonun eksteryer kimi ele də emosional düzəlməməsinə baxmayaraq, o daha da görkəmli və böyük oldu. Şirkətdən bildirilir ki, interyerin düzəlməsi zamanı bütün kiçik nüanslara belə fikir verilib və işlənən materiallar isə bahalı və daha da keyfiyyətli olub.

AUTO.AZ



teqlər:
Mazda, Mazda6 30.08.2012

Şərhlər


AD