Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

G-Power BMW 1M Coupe-ni yenilədi

Alman tüninq studiyası “G-Power” yüklənmiş ikiqapılı “BMW 1M Coupe”-ni yenilədi. Bu “nadir” avtomobilin ştatda olan turbo mühərrikini 435 a.g. qədər sürətləndirdilər, ona gücləndirilmiş əyləcləri olan idman asılqanı quraşdırdılar və avtomobilin sürətini 300 km/saata qaldırdılar. “BMW 1M Coupe”-nin seriya versiyası 340 a.g. (500 Nm) güclü turboyükləyicili, müqaviləli, 3-litrlik benzinli “altılıq” ilə təmin olunub.

Lakin “G-Power” tüninq studiyasında mühərrikin idarəetmə blokunu yenidən proqramlaşdırdılar və ona titan qazçıxma sistemi qoydular. Bu da qaytarılmanı 435 a.g. və 590 Nm artırmağa imkan verir. Əgər zavodda istehsal olunan “BMW 1M Coupe” 100 km/saata 4,9 saniyəyə sürətlənirsə, “G-Power”-dən olan versiya bunu 4,5 saniyəyə edir. Avtomobilin maksimal sürəti də 250-dən 300 km/saata qalxıb.

Avtomobilin ştatda olan asılqanını sıxma və qaytarma üçün doqquz köklənmə variantı olan idman amortizatorlu “G-Power GM1-RS” dayaqları ilə əvəz etdilər. Artan dinamik potensial üçün əyləc də müasirləşdirilmişdir. Beləcə, kupe 6-porşenli support, diametri 396 mm olan əyləc diskləri, böyüdülmüş səth üçün qəlib və armaturlanmış şlanq əldə etdi. Əlavə ödəməyə o birilərdən 50% yüngül olan daha güclü keramik əyləc mexanizmi təklif olunur.

Avtomobilin ştatda olan xarici görünüşünü tünerlər dəyişmədilər. Dəyişmiş avtomobilin yeganə “identifikatoru” qabaqda “255/30 ZR” arxada isə “295/25 ZR” “Michelin” şinli, 20 düymlük ( ştatda – 19 düymlükdür) “G-Power Silverstone” təkər diskləridir. “G-Power” studiyasından yenilənmənin qiyməti hələ ki, bildirilmir.

AUTO.AZ



teqlər:
BMW, BMW 1-series, M1, G-Power 22.08.2012

Şərhlər


AD