Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

ABT atelyesində Audi S8-i yenidən canlandırdılar

Almaniyanın ABT tüninq atelyesi Audi S8 flaqman sedanını yenidən işləyib hazırladı. ABT AS8  adlandırılan bu avtomobil mühərrikin gücləndirilməsi, aşağı salınmış pnevmoasma və başqa təkərlər proqramı ilə üzləşdi.

Möhtəşəmliyin həddi yoxdur! Görünür Audi S8 sedanının yenidən hazırlanmasına başlayan ABT atelyesində belə düşünüblər, lakin belə görünürdü ki, mühəndis ağlının şah əsərini daha da yaxşılaşdırmaq mümkün deyil. Seriya avtomobili 4 litrlik, 8 silindirli, 520 a.g. və 650Nm fırlanma anı verən iki turbinlə təchiz edilib. 100km/saatı 2 ton ağırlığın olmasına baxmayaraq cəmi 4,2 saniyəyə yığır!

Lakin ABT mütəxəssislərinin mühərrikdə etdikləri yeni tənzimləmələrdən sonra S8 620 a.g. və 780 Nm verir. 100-ə qədər katapulta vaxtı 4 saniyəyə qədər azaldıldı, elektron hədd isə 250-dən 290-a qaldırıldı. Digər dinamik xarakteristikalar da göstərilir. Belə ki, 60km/saatdan 100km/saata qədər sürəti 4-cü pillədə cəmi 2,8 saniyəyə yığır, ağır sedana 0-dan 200km/saat sürəti yığması üçün isə cəmi 13 saniyə lazımdır.

Keramik əyləclər, tam ötürücü sistemi “quattro” və 8-pilləli “avtomat” tiptronik dəyişilməyib. Amma idarəetmə blokunun dəyişilməsi sayəsində pnevmoasma 2,5sm aşağı salındı. Atelyede eksteryeri demək olar ki, dəyişməyiblər. ABT nişanlarını deməsək, AS8-i xarici görünüşcə təklif olunan 20 və 21 düymlük diametri olan aşağı profilli təkərlərlə tanımaq olar.

AUTO.AZ



teqlər:
Audi, Audi S8, ABT Sportline 18.08.2012

Şərhlər


AD