Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Jaguar XF və XJ tam ötürücülü oldular

Jaguar şirkəti XFXJ sedanlarını əvvəl arxa ötürücülü təklif edirdisə, indi hər iki model üçün britaniyalı avtomobil istehsalçısı tam ötürücülü modifikasiya hazırladı.

Hər iki sedan tam ötürücülü olmaqla 3,0 litrlik, 6 silindirli, 340 a.g. benzin mühərriklə və start/stop sistemi olan 8-pilləli ZF avtomat sürət qutusu ilə təchiz edilmişlər.

Sedanları tam ötürücülü etmək üçün “Jaguar” mühəndisləri şassidə, yanacaq sistemində, həmçinin güc aqreqatının və sürət qutusunun elektron tənzimləmələrində bir çox dəyişikliklər etməli oldular.

Fırlanma anının əsas hissəsi həmişə olduğu kimi arxa ox tərəfindən həyata keçirilir, lakin onun hərəkət etməyə gücü çatmadığında dartma ön ox vasitəsilə qabaq təkərlərə ötürülür.

Tam ötürücülü Jaguar XF və XJ-in satışına 2013-cü ilin yanvar ayında başlanacaq.

AUTO.AZ



teqlər:
Jaguar, Jaguar XF, Jaguar XJ 17.08.2012

Şərhlər


AD