Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Nissan Juke Midnight Edition istehsal edəcək

Nissan Juke krossoveri – üslubunun olmamasına görə bazarda çətinlik çəkməyən çox az avtomobillərdən biridir. Buna baxmayaraq yapon avtomobil istehsalçısı krossoverin əlavə diqqətə ehtiyacı olduğunu hesab edir. Buna görə də bu gün “Midnight Edition” adını almış xüsusi seriyanın bazara çıxarılacağı elan edildi.

Bu seriya çərçivəsində S, SV və SL komplektasiyalı “Juke”-un xüsusi ban rəngləri – sədəf-ağ, gümüş və qızıl – olacaq. Avtomobil həmçinin yan arxa görünüşlü güzgülərin qara korpusu, qara spoyler və xüsusi 17 düymlük yüngüllehimli disklərlə lovğalana biləcək.

“Midnight Edition” paketinin qiymətinə gəldikdə isə o 1200 ABŞ dolları olacaq. Bu adekvat təklif üçün məntiqli qiymətdir. Həmçinin məlum olmuşdur ki, “Nissan Juke”-un 2013-cü ildə SV komplektasiyalı modelinin naviqasiya paketinin tərkibində arxa görünüş kamerası, SL komplektasiyalı modelində isə yüksək keyfiyyətli audiosistem olacaqdır.

AUTO.AZ



teqlər:
Nissan, Nissan Juke, Juke Midnight Edition 16.08.2012

Şərhlər


AD