Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Overfinch-dən Range Rover Sport GTS-X

Dünyada Range Rover avtomobillərinin ən yaxşı tünerlərindən biri olan “Overfinch” hazırkı Range Rover Sport variantı üçün yeni paket elan etdi. “GTS-X” paketini bu yaxınlarda yeni modellə əvəz olunacaq “Sport” variantı üçün vida hədiyyəsi adlandırmaq olar. Amma yenə də “GTS-X” komplekti “Range Rover”-ə 575 a.g. və tam yeni görünüş verir.

5.0 litrlik 8 silindrli sıxıcı kompressorun kifayət qədər güclü olduğunu nəzərə alsaq belə qənaətə gəlmək olar ki, mühəndislər çox işləməli olublar. Lakin “Overfinch”-də bu heç kimi saxlaya bilmədi, tünerlər mühərriki yeni hava kamerası ilə təchiz etdilər, o cümlədən işlənmiş qazı çıxaran sistem və mühərriki idarə edən blok yenidən dəyişildi.

Bunun nəticəsində güc aqreqatının məhsuldarlığı 575 a.g.-ə qədər artdı. İndi yeni yolsuzluq avtomobili ilk “yüzü” cəmi 5 saniyəyə yığır, onun maksimal sürəti isə 233 km/saatdır. Belə yüksək sürətdə avtomobilə nəzarəti təmin etmək üçün “Overfinch”-in mühəndisləri yolsuzluq avtomobilini 22 düymlük disklərlə təmin etdilər, avtomobilin yolsuzluqda rahat hərəkət etməsini saxlamaq şərti ilə onun an aşağı hissəsindən yerə qədər olan məsafəni aşağı saldılar.

Bodi-kitin tərkibinə yenidən baxılmış bamper və asma əlavə olundu. Daxildən isə avtomobil narıncı rəngdə dəri ilə işlənilib. Sözü gedən yolsuzluq avtomobilin qiyməti 235.000 ABŞ dollarından bir az azdır.

AUTO.AZ



Şərhlər


AD