Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

SGA Exclusive-dən Mercedes-Benz C350 Coupe

Bəlkə siz öz “Mercedes-Benz Coupe C350”niz üçün “Black Series” paketi axtarırsiz? Əgər bu belədirsə, onda sizə alman tüneri “SGA Exclusive”ə müraciət etməyə dəyər!

Şəkillərdə “SGA Exclusive”dən aerodinamik kəsicili “C350 Coupe” təqdim olunub. O, demək olar ki, bütünlüklə “Mercedes-Benz C63 AMG Black Series”i təkrar edir.

Bodi- kit karbon liflərindən olan elementlər coxluğundan ibarətdir.Buna ön spoyler, yan ətəklər, ön və arxa qanadlar, yan güzgülərin çərçivəsi, genişləndirilmiş təkər arkaları, kapot, arxa diffuzor, ön bamper və arxa antiqanad aiddir.

Interyerdə “SGA Exclusive” dizaynerləri  karbon dolduruculardan aktiv istifadə etmişlər. Onları mərkəzi konsolda, dirsəkaltıda, qapılarda və sükanda görmək olar.

Avtomobil üçün xüsusi 21düymlük lehimli disklər dəsti hazırlanmışdır. Təbii ki, bu “Mercedes-Benz Coupe C350”ni küçədə görsəz onu “C63 AMG Black Series”dən ayıra bilməyəcəksiniz.

AUTO.AZ



Şərhlər


AD