Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Velos atelyesi Mercedes C63 Black Series-i təqdim etdi

“Velos Designwerks” tüninq atelyesi və disk istehsalı üzrə məşhur “HRE Performance” yeni “Velos Designwerks Mercedes-Benz C63 Black Series” birgə layihəsini təqdim etdilər. Birgə səy göstərməklə tünerlər yenilənmiş “Mercedes-Benz C class”-ın xarici görünüşünü dəyişdirlər.

Hər iki şirkət “Mercedes-Benz”-in tüninqi və dizaynı ilə məşğul olurlar. Buna görə də avtomobilin texniki hissəsi dəyişilməz olaraq qaldı. Yeni aerodinamik asma cüzi kəskin xətlər və kəskin künclərlə fərqlənir ki, bu da yerlə hərəkət edən avtomobilə hava gəmisi görünüşü verir.

Xarici tüninq 3 hava kəsicisi olan öz bamperlə, enli splitterlə və hava axınını ön əyləclərə yönləndirən kiçik çıxıntılarla başlayır. “Mercedes-Benz C63 Black Series”-in yeni kapotunda kiçik çıxıntılar da var. Lakin bu belə görünür ki, hava sirkulyasiyası üçün deyil sadəcə dizayn üçün qoyulub.

Yan ətəklər arxa cinahlarla birləşir, onların üzərindəki kəsiklər isə arxa əyləclərin soyudulmasına xidmət edir. Arxa bamper də çox böyük olmayan diffuzorla təmin olunacaq. Layihənin əsas fəxri HRE-nin təqdime etdiyi “P44SC” diskləridir. Onların hazırlanması üçün HRE mütəxəssisləri çəkisi yüngül, lakin çox dözümlü döyülmüş xüsusi aerokosmik alümindən (6061-T6 sinfi).

Bu cür düzəlmiş təkərlər maksimal idarəetmə əldə etmək üçün fırlanma inersiyasını ödəməyə xidmət edəcək. “Velos Designwerks Mercedes-Benz C63 Black Series” kapotunun altında standart 6.3 litrlik 8 silindrli, 517 a.g. və fırlanma anı 620 olan mühərrik yerləşdirilmişdir. “Velos Designwerks” dizayn paketinin qiyməti hələ açıqlanmır.

AUTO.AZ



Şərhlər


AD