Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Jeep Grand Cherokee SRT8 2 variantda istehsal olunacaq

Jeep” tarixində ən güclü avtomobil olan “Grand Cherokee SRT8” 2013-cü ildə bazara çıxmaq üçün yeniliklər etməyə hazırlaşır. Alıcılara həmçinin 2 xüsusi variant: “Vapor” və “Alpine” təklif olunacaqdır.

Adından göründüyü kimi, yeni “Alpine Edition” modifikasiyasının ban rəngi açıq ağ rəngdə, “Black Vapor”-un isə brilyant-qara rəngdə olması gözlənilir. Hər iki variantın ən gözəl hissəsi beş milli yüngül lehimli disklər olacaq.

Həmçinin, “Grand Cherokee”-nin xüsusi nişanları avtomobillərin qapılarında, ön radiator barmaqlıqlarında və kapotlarında yerləşdiriləcəkdir. “Jeep”-in mühəndisləri 6.4 litrlik 8 silindirli HEMİ mühərriyinə dəyişiklik etməyiblər, onun gücü yenə də 470 a.g. və firlanma anı 630-dur.

“Grand Cherokee SRT8” 96km/s 4.8 saniyəyə yığır və maksimal sürəti 260 km/s-dır. Avtomobildə edilən yeni modifikasiyalardan sonra onun qiyməti 2495 ABŞ doları artaraq 62490 ABŞ dolları olacaqdır.

AUTO.AZ



Şərhlər


AD