Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Parisdə ön ötürücülü BMW təqdim edəcəklər

BMW sentyabrda Parisdəki avtosalonda keçiriləcək avtomobil şousuna özünün BMW 1 GT adlı ilk ön ötürücülü modelini gətirəcək. “Autoexpress” nəşriyyatının BMW-nin direktorlar şurasının üzvü Klaus Dreqera istinadən verdiyi məlumata görə, yeni model “Mini” nəsli ilə eyni platformada buraxılacaq və 1-ci seriya hetçbekin ucuz variantı kimi qiymətləndiriləcəkdir. Göstərilən şəkillər – yeni modelin fantaziya ilə çəkilmiş şəklidir (Miloş Dvorjak), lakin güman edilir ki, yeni model ele bu cür görünəcək.

Xarici görünüşcə yeni model “Mercedes B class”-a uyğun “minivən” proporsiyaları ilə seçiləcəkdir (lakin “bavariyalı” qabaritinə görə ola bilsin ki, kiçik olacaq). Yeni hazırlanan model “Mini”-dən yüngül və güclü olacaq. Şirkətin daxilindən olan mənbə demişdir: “Avtomobil BMW-nin ən yaxşı ənənələrinə cavab verir, yəni daha sürətli və daha rahat idarə olunan olacaq. Buna görə də 100 a.g. hələ minimumdur”. Bütün bunları nəzərə alaraq demək olar ki, söhbət 1.5 litrlik 3 silindirli benzinlə çalışan və 100 a.g. verən motordan gedir. Bundan əlavə avtomobil həmçinin 2 litrlik 4 silindirli benzin, 1.5 litrlik 3 silindirli və 2 litrlik 4 silindirli dizel mühərriyindən gedir. Güc mexanizmləri 6 pilləli mexanika və 8 pilləli avtomatla uyğunlaşdırılacaq.

BMW 1 GT-nin satışına 2013-cü ildə başlanacağı, daha sonra isə bu modelin hibrid və elektrik növləri buraxılacaq.

AUTO.AZ



teqlər:
BMW, BMW 1-series, 1-series 1 GT 03.08.2012

Şərhlər


AD