Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

PUR Wheels-dən Lexus LFA Project Reignfire

Bu yaxınlarda “Lexus” təmsilçiləri məlumat verdilər ki, superkar “LFA,”-in Nurburqrinqdə görünmüş iki sirrli prototipi  heç vaxt seriyaya daxil olmayacaq.

Bununla əlaqədar olaraq “PUR Wheels” işçiləri ahəngdar “Project Reignfire” adı alan yapon superkarı üçün, öz tüninq layihələrini hazırlamaq qərarına gəldilər.

Xüsusi hazırlanmış 21 düymlük döyülmüş alümin təkər diskləri dəsti avtomobilin banının zərif qırmızı sahəsini tam şəkildə vurğulayır. Şübhəsiz ki, bu “LFA” küçələrdə nəzərə çarpmamış qalmayacaq. Düzgün seçilmiş aşağı profil rezin şəkli tamamlayır.

“PUR Wheels” təmsilçiləri yapon superkarının güc aqreqatında heç bir dəyişiklik etmədilər. Bu heç də təəccüblü deyil, çünki “Lexus LFA” heç vaxt güc və fırlanma anında çatışmamazlıq hiss etməyib.

Xatırladaq ki, həcmi ənənnəvi “V8”, “V6”-ya uyğun olan 4,8 litrlik “V10” mühərriki  bütövlükdə dəqiqədə 8800 fırlanmada 552a.g., dəqiqədə 6800 fırlanmada 480hm fırlanma anı verir.

AUTO.AZ



Şərhlər


AD