Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

“Nissan” sportkar “GT-R”i dəfn edə bilər

Gələcək nəsil yapon sportkarı “Nissan GT-R”in buraxılışı sual altındadır. Şirkət layihəni təsdiq etməyə bilər. Çünki avtmobilin əsas layihəçisi Katsutoshi Mizuno istefa edib. Avtomobil istehsalçısı hələ rəsmi komment vermir. “Inside Line” portalının öz mənbələrinə istinadən dediyinə görə, “Nissan” hələ də sonrakı nəsil superkar “GT-R”in buraxılışını təsdiq etmeyib. Qeyd olunur ki, şirkətin prezidenti Karlos Qon yeni maşın istehsalı və dizaynı üçün əyani bir siqnal verməyib.  Belə ki, ikinci “GT-R” heç çıxmaya da bilər.

Beş il bundan əvvəl “GT-R” ekstremal xarakteristikaların birləşməsi nəticəsində ən yaxşı italyan superkarları ilə müqayisə olunan və onlarla müqayisədə ucuz olan avtomobil sənayesində hadisə yaratdı. O vaxtdan bəri, şirkətin mühəndisləri “R35” indeksi ilə buraxılan bu maşının ilk nəslini vaxtaşırı modernləşdirirlər. Bütün bu vaxtı azarkeşlər tamamilə yeni işlənmiş superkarın buraxılışını gözləyirdilər. Bu 2014-cü ildə gözlənilirdi. Hətta yeniliyin hibrid ötürücüsünün  olacağı barədə şayiələr də gəzirdi. Lakin şirkət hələ yenilik üzərində işə başlamayıb. Əvvəl “R36”-nın buraxılışının 2018-ci model ilinə (yəni 2017 də buraxılacaq) təxirə salındığı, həmçinin 2013-cü ildə dizaynının yenilənməsi haqqında şaiylər yarandı.

“Inside Line” Karlos Qona sualla müraciət edib, cavabında isə şirkətin rəhbəri “bu saiyələri şərh edə bilmədiyini və “GT-R" in gələcək planları haqqında rəy verməyəcəyini” dedi. Portal qeyd edir ki, Qon vaxtında “GT-R”in istehsala buraxılışını yalnız az istehsal həcmi ilə layihənin gəlirliyinə inandırıldığı  üçün təsdiq etmişdi. Bu özünü doğrultdu. Bazara çıxarıldıqdan sonra sportkarın satışı cəmi 5 914 maşın oldu və azaldı - keçən il şirkət cəmi 583 “GT-R”  satıb.

Bu layihənin əsas mühəndisi Katsutoshi Mizunonun “Nissan”dan getməyi də qeyri müəyyənlik əlavə edir.

AUTO.AZ



teqlər:
Nissan, Nissan GT-R 28.07.2012

Şərhlər


AD