Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yaponlar BMW 3-cü seriyanı bir az yeniləşdirdilər

F30 ban növündə kompakt sedan BMW 3-cü seriyanı təkmilləşdirmək istəyən tünerlərdən biri “3D Design” atelyesi bu yaxınlarda bu avtomobil üçün yeni variantı təqdim etmişdir. BMW 3-cü seriyanın daima idman sedanı olmasına baxmayaraq, yaponiyalı tyunerlər bu maşına bir neçə aksesuar əlavə etməklə onun idman xarakterini daha da qabartmağa nail oldular.

Hal-hazırda böyük təkər diskləri və yeni komponentlərə malik pərdələrlə maşın üçün xarici staylinq - paket hazırlayan “3D Design”, yaxın zamanda interyer üçün tüninq proqramı təqdim edəcəyinə söz verib. Avtomobilə daha aqressiv “baxış” vermək üçün duman əleyhinə faraların yerində olan qara çökəkliklər kimi qabaq faraların blokları tündləşdirilmiş və radiator barmaqlığı qara rəngə boyanmışdir.

Ön bamper splitterli, enli aşağı dodaqla təmin olunmuşdur ki, bu da “3D Design” təmsilçilərinin sözlərinə görə minimal dəyişikliklərlə avtomobilin hər hansı modifikasiyasına quraşdırıla bilər. Bununla belə iki kiçik spoyler də hazırlanıb ki, bunlardan birincisi yük yerinin qapağının üstündə, ikincisi damın axırında, arxa şüşənin üstündə yerləşdirilib.

Arxa bamperin aşağı hissəsi iki dairəvi, parlaq, terminal, qaz buraxılış boruları sistemi ilə bəzədilib. Xarici tyuninqin final ştrixi alman sedanının arxa şüşələrinin tonlanmasıdır. Təzə tüninq paketi təqdim etmək üçün yapon tyuninq-atelyesi BMW 328i – in modifikasiyasından qısaldılmış yaylarla təmin olunmuş asılqanlar  və yüngül, saxtalaşdırılmış, beşguşəli ulduz şəklində olan disklərdən istifadə etmişdir.

Təkər diskləri əyləc “supportları” ilə qara rənglənib, təhlükəsiz əyləc üçün enli aşağı profilli şinlər “geyindirilmişdir.” Növbəti addım avtomobilin daxili tüninqidir. Bu yeni nəsil BMW 3-cü seriyanın sahiblərinin hər birinə sadə dekor hissələri (alümin pedallar, kandar örtükləri, yer xalıları) və yeni materiallardan (dəri, alkantara, karbon) istifadə edərək avtomobilin salonunu fərdiləşdirmək imkanı verir.

AUTO.AZ



teqlər:
BMW, BMW 3-Series, 3D Design 25.07.2012

Şərhlər


AD