Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Quoris – Kia şirkətinin yeni S-class sedanı

Kia şirkətinin bildirdiyinə əsasən, ölkədə K9 adı ilə tanınan yeni baş sedanın xarici bazarlarda bu ilin sonunda Quoris adı ilə satışa çaxarılacaq. Daxili bazara bu ilin may ayında çıxarılan K9 model sırasının əsas halqası olub ən müasir avadanlıqla təchiz olunmuş lüks avtomobildir. Şirkətdən verilən izahata görə, modelin adı avtomobilin məğzini ifadə edən ingilis dilindəki core (əsas, başlıca) və quality (keyfiyyət) sözlərindən yaradılıb. “Quoris sözü yeni avtomobilə xas olan mötəbərliyi, lüks səviyyəni, yüksək texnolojiləri əks etdirir” deyə Kia şirkətinin vitse prezidenti Tomas Oh vurğulayıb.

Yeni avtomobildə bu markanın əvəvlki məhsullarında tətbiq olunmamış yüksək texnolojilər var. Belə ki, “ağıllı” Advanced Smart Cruise Control (ASCC) sistemi qabaqdakı avtomobildən təhlükəsiz məsafədə müəyyən sürətlə getmək, lazım gəldikdə avtomatik dayanmaq imkanı verir. Həmçinin bu sistem yaxındakı maneələri təyin edərək sürücünü xəbərdar edir. Xüsusi radar avtomobilin öndəki 174 metrlik sahəni daim müşahidə edir. ASCC sistemini sürücünün diqqət verdiyi məsələlərə, yaxud yol şərtlərinə görə kökləmək mümkündür.

ASCC başqa sistemlərlə Advanced Vehicle Safety Management (AVSM) idarəetmə sistemi vasitəsilə bağlanır. Həmin sistem də ESC sabitlik sistemini, təhlükəsizlik kəmərləri mexanizmlərini vs. nəzarət edir ki, bu da qəza təhlükəsini və baş verən qəzanın nəticələrini azaldır.

Bununla yanaşı avtomobil görünməz sahələrə nəzarət edən təkmil sistem, zolaqdan çıxmağı bildirən sistem, hər tərəfdə dörd kamera, Around View Monitor sistemi vs. müasir texnologiyalarla təchiz olunub. “Bizim baş sedan dəyişən yol şəraitini müşahidə və təyin etmək imkanına malikdir, daim məlumat toplayaraq dərhal nə etmək lazım olduğunu düzgün müəyyənləşdirir və hərəkətə dəqiq nəzarət edir” deyə Kia şirkətinin araşdırmalar müdiri Çanq-Ki Kanq bildirib.

Motorlar haqqında təfərrüatlar açıqlanmasa da, Worldcarfans saytının xəbərinə görə Quoris 286 at gücünə malik 3,8 litrlik V6 MPI və eyni həcmdə 329 at gücünə malik V6 GDI dizel mühərrikilə təchiz olunacaq.

Qiymətləri də hələlik açıqlanmayan avtomobilin Avropadakı bu yaxınlardakı avtosalonların birində, ehtimal ki, Parisdə göstəriləcəyi güman edilir. Yeni avtomobilin Avropada satışı barədə daha ətraflı məlumatlar da həmin vaxt verilməlidir.

AUTO.AZ



teqlər:
KIA, Kia K9, Kia Quoris 20.07.2012

Şərhlər


AD