Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Seat-dan yeni nəsil Leon

Yeni Seat Leon Audi A3-ün ardından Volkswagen şirkətinin MQB modul tərtibatı əsasında yaradılan ikinci modelidir. İspaniya şirkətindən bildirildiyinə görə, yeni avtomobilin mühərriki səmərə ilə qəmnaətcillik arasındakı ahənginə görə sinfinin ən yaxşısı olacaq.

Rəsmi məlumatlara görə Seat Leon hatçbeki üçüncü nəslində həm 90 kilo yüngülləşib, həm də xələfindən 5 sm qısalaraq uzunluğu 4260 mm-dək azalıb. Bununla belə, yeni platforma sayəsində mühəndislər təkər bazasını 6 sm-dək artıraraq avtomobilə daha idmansayağı və duyğulu görkəm bağışlaya biliblər. Bu da yeni xarici tərtibatda əks olunub.

Bununla yanaşı, Seat Leon müəllifləri yük bölməsinin həcmini də 40 l artırıb minimum 380 litrə çatdırıblar. Həmçinin avtomobil üçün birbaşa injekt və turbo üfləməli, həcmi 1,2-2,0 l arasında dəyişən dizel və benzin motorlar çeşidi təklif olunur. Orası da vurğulanır ki, əvəvlki modellə müqayisədə orta sərfiyyat 22 faiz azalıb.

Bu baxımdan ən sərfəlisi olan 1,6 TDİ dizel motoru 105 at gücünə (250 Hm) malik olduğu halda start-stop sistemilə cəmi 3,8 l sərf edir. 150 at gücünə malik 2 litrlik turbodizel motorunun isə sərfiyyatı 4 litr olaraq elan edilib. Bu yaxınlarda daha sərfəli qiymətə 90 at güclü motor və 184 at gücünə (320 Hm) malik 2 litrlik variantı da təqdim olunmalıdır.

Benzin motorlarından iki variantda (86 və 105 at gücü) 1,2 TSİ və 122 at gücünə malik 1,4 TSİ təklif olunur. Ən güclü turbomotor isə 180 at gücünə malik 1,8 litr həcmində olacaq. Bunların yanında 5 və 6 pilləli mexanik ötürməli, 6 və 7 pilləli avtomat ötürmə qutusu quraşdırılır.

Həmçinin ön asma qurğusu bütün Seat Leon modifikasiyaları üçün eymi olduğu halda arxadakını mühərrikə görə dəyişdirmək nəzərdə tutulur. Belə ki, 150 atadək gücə malik versiyalar üçün torsion oxu, daha güclü avtomobillərdə isə çoxlingli asma qurğusu təklif olunacaq.

Yeni dizaynla yanaşı Seat Leon avtomobilləri yeni Seat Leon loqotipilə də bəzədiləcəyi bildirilir. Həm avtomobilin, həm də loqotipin təqdimatı Paris autosalonunda həyata keçiriləcək, yeni avtomobillərin satışını isə 2013-ci ilin əvvələrindən başlamaq nəzərdə tutulur.

AUTO.AZ



teqlər:
Seat, Seat Leon 17.07.2012

Şərhlər


AD