Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Fairy Design-dən Maserati Quattroporte-yə tamamlamalar

Eksklüziv təkər disklərilə ad çıxaran PUR Wheels şirkəti Fairy Design müəssisəsilə birgə Maserati Quattroporte sedanının (yaxud son vaxtlar dəbə minən təbirlə dörd qapılı kupenin) tüning proqramını təqdim edib.

Satəışdan sonrakı təkmilləşdirmə proqramı banın aerodinamik tərtibatının və disklərin dəyişdirilməsindən ibarətdir. Həmçinin bəzi hissələrinin də tamamlanması nəticəsində avtomobilin hərəkət xassələri bir qədər yaxşılaşıb.

Avtomobilə ilk baxışda ilk bamperin dəyişdirilməsilə maraqlı formalı havaçəkən və nazik splitterlə təchiz olunduğu nəzərə çarpır. Həmçinin əsas ön işıqlarının tündləşdirilən bloku içindəki diodlu zolaqlara əlavə olaraq ön əyləci soyudan yan havaçəkənlərdə də diodlu zolaqlar yerləşdirilib.

Təkər çərçivələrini genişləndirməklə enli şinləri oraya mükəmməl yerləşdirmək mümkün oldu. Arxa bamper isə standart variantdan qəliz formalı difuzorla və çökəklərlə fərqlənir.

Yük bölməsi qapağının üzərində yerləşdirilən nazik spoiler fayda verməkdən çox gözəllik üçündür. Yaponiyanın Fairy Design müəssisəsi bütün tüning hissələrini yüngül kompozit materiallarından hazırladığına görə avtomobilin iri bamperlər üzündən ağırlaşdığını söyləmək çətindir.

Avtomobilin banı ağ rəngə, ayrı-ayrı hissələri isə qara rəngə boyanıb. Arxa şüşələrin tonlaşdırılması da çox yerinə gəlib. Tüningin əsas məziyyəti isə yeni xüsusi tərzli 4OUR DEPTH disklərdir.

Məhz içəri doğru oyuqlu disklər bu avtomobilə xüsusi bənzərsizlik bəxş edir və adi Maserati Quattroporte-lərdən fərqləndirir. 22 düyümlük 10 milli həmin disklər boz rəngə boyanıb və alçaq profilli şinlər taxılıb.

Əyləc supportları incə tutqun cəhrayı rəngdədir. Daha idmansayağı görkəm üçün asma qurğusundakı yaylar daha qısaları ilə əvəzlənib, nəticədə avtomobilin yoldan hündürlüyü təhlükəsiz minimumadək endirilib.

AUTO.AZ



Şərhlər


AD