Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni Mazda6 rəsmi olaraq göstərildi

Mazda şirkəti yeni nəsil Mazda6-ın ilk videosunu yayınlayıb. Həmin klipə “not Takeri” adı verilsə də, yeni avtomobilin bu yaxınlarda təqdim olunmuş konseptə bənzərliyi göz qabağındadır. Mazda6 ilk dəfə Parisdə nümayiş olunacaq, hərçənd hansı banla nümayiş olunacağı hələlik dəqiqləşdirilməyib.

Mazda şirkətinin YouTube şəbəkəsindəki rəsmi kanalında klipin dərc olunmuş rəsmi izahatında burada “Takeri konsepti yox, tamamilə yeni Mazda6”nın göstərildiyi vurğulanır. Görünür, istehsalçılar qəsdən əldə edildiyini vurğuladıqları sözügedən bənzərliklə müştəriləri çaşdırmamaq üçün belə dəqiqləşdirməyə ehtiyac duyublar. Belə ki, layihənin baş dizayneri Akiro Tamakani “yeni avtomobilin üz plastikası hər kəsə Mazda-nın yeni başlanğıc sedanına tamaşa etdiyini birmənalı şəkildə göstərir” deyə vurğulayıb.

Həmçinin yeni avtomobilin zahiri görkəminin Yaponiyada bir müddət əvvəl tətbiq olunmuş Kodo dizayn dilinin əsas üslub vasitələrindən istifadə etməklə yaradıldığı da qeyd olunur.

Daha əvvəl Mazda6-nın Paris avtosalonunda universal banı ilə nümayişə çıxarılacağı, sedan və hetçbekin isə daha sonra təqdim olunacağı xəbər verilsə də, rəsmi şəkildə bu xəbər hələlik təsdiqlənməyib. Həmçinin Mazda6-nın CX-5 krossoverindən sonra bütövlüklə özəl Skyactive texnolojilər əsasında istehsal olunan ikinci model olacağı güman edilir.

AUTO.AZ



teqlər:
Mazda, Mazda6 12.07.2012

Şərhlər


AD